Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Milli Şura mayın 17- nə mitinq təyin etdi

 

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələrdə 03 may saat 15 00- da qurumun "Məhsul” stadionunda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin qanuna zidd şəkildə razılıq verməməsi bir daha pislənilib və bununla bağlı məhkəməyə müraciət edilməsi ilə yanaşı Milli Şura adından açıqlama yayılması qərara alınıb. Yayılan açıqlamada deyilir; "Milli Şuranın 03 may 2015- ci il saat 15 00- dan 17 00- a qədər "Məhsul” stadionunda "Talana son!” tələbi ilə keçirmək istədiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti həmin gün eyni saatda qeyd olunan ünvanda başqa bir önəmli tədbirin olacağını bildirərək razılıq verməyib və aksiyanın 02 mayda keçirilməsini təklif edib. Maraqlıdır ki, hakimiyyət mitinqin keçirilməsi ilə bağlı təklif etdiyi vaxta qanunvericiliyin tələblərinə zidd olaraq 1 iş günü qalmış cavab verib. Bu isə praktiki olaraq həmin günə Milli Şuranın mitinq keçirməsini mümkünsüz etdi. Sonrakı günlərdə aparılan araşdırmalar göstərdi ki, 03 mayda "Məhsul” stadionunda ümumiyyətlə hər hansı tədbir keçirilmədi. Mitinqə icazə verilməməsi "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olmaqla hakimiyyətin Milli Şuraya qarşı həyata keçirdiyi məkrli planın davamı və tərkib hissəsi olduğunu göstərdi. 

Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyəti bu kimi halların qarşısının alınması, ictimai- siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir.”
Koordinasiya Mərkəzinin toplantısında tanınmış araşdırmaçı jurnalist, "Azadlıq” qəzetinin əməkdaşı Xədicə İsmayılın həbsində "zərərçəkən” kimi tanınan Tural Mustafayevin yaydığı video müraciətə toxunulub. T. Mustafayevin yaydığı video müraciətdə səmimi etiraflarda bulunması təqdir edilsə də onun hüquq mühafizə orqanlarının, bəzi vəzifəli şəxslərin təhkiri və təhdidi ilə məcburi şəkildə şikayətçi olması, hakimiyyətin öz vətəndaşını dövlətin resursları ilə böhtan ataraq şərləyib həbs etməsi, başqa insanları şantaj altında bu məsələdə vasitəçiyə çevirməsi kəskin pislənilib. 
İclasda AXCP fəalı Fuad Əhmədlinin naməlum şəkildə oğurlanması və 9 gündür ki, girov saxlanması, eyni zamanda Musavat partiyası başqanın müavini Fərəc Kərimliyə 6 il yarım müddətinə həbs cəzasının verilməsi pislənilib və hər iki qanunsuz hadisə ilə bağlı etiraz bəyanatının qəbul edilməsi qərara alınıb.

Koordinasiya Mərkəzinin toplantısında siyasi məhbusların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi və Azərbaycanda siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsi qərara alınıb. 

İclasda Milli Şuranın 17 may 2015- ci il tarixdə "Məhsul” stadionunda "Talana son!” tələbi ilə mitinq keçirilməsi və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınıb.

.

contact.az

.

Maybe you are interested in:

Müxalifət mayın 3-nə mitinq təyin edib

Bakı meriyası Milli Şuraya mitinq keçirməyə icazə verib

Milli Şuranın mitinqinə icazə verilib

C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur

Milli Şura 15 marta mitinq təyin etdi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz