C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur
Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində qurumun martın 15-nə təyin etdiyi mitinqin təxirə salınması haqda yayılan statusun ona aid olmadığını bildirib.
"Görünür, hansısa oqranlar mənim səhifəmi ələ keçirərək belə təxribat xarakterli satatus yayıblar və bir də təkrar edirəm ki, bunun mənə aidiyyagı yoxdur”, deyə C.Həsənli qeyd edib.
C.Həsənli Bakı meriyasının Milli Şuranın mitinq keçirilməsi haqda məktubuna yox cavabı verməsi haqda yayılan fikrin də yalan olduğunu söyləyib. Hələ ki, meiyadan quruma hər-hansı cavab gəlmədiyini vurğulayıb.
Xatırladaq ki, bu gün internet saytlarda C.Həsənli adından Bakı meriyasının mitinqlə bağlı Milli Şuranın nüraciətinə yox cavabı verdiyi, buna görə mitinqin martın 22-nə və ya 29-na, aprel ayına keçirilə bilməsi haqda xəbərlər yayılıb.
.
Maybe you are interested in:
Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb
Milli Şuranın mitinqinə icazə verilib
Ölkə siyasətçiləri Boris Nemtsovun qətli haqda