Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ölkə siyasətçiləri Boris Nemtsovun qətli haqda

 

Fevralın 28-i gecə saatlarında Moskvanın mərkəzində Rusiya müxalifətinin parlaq simalarından Boris Nemtsovun qətlilə bağlı Azərbaycan siyasətçiləri mövqe bildiriblər.

Milli Şura sədri Cəmil Həsənli B.Nemtsovu "bacarıqlı siyasətçi”, müxalifət liderinin qətlini isə "dəhşətli hadisə” adlandırıb. Onun fikrincə, bu qətl həm də bütünlükdə demokratik qüvvələrə zərbədir. C.Həsənli diqqəti qətlindən bir neçə həftə öncə B.Nemtsovun V.Putin tərəfindən öldürüləcəyi barədə açıqlamasına çəkib. "Qətli konkret olaraq kimlərin torətdiyini söyləmək çətindir. Amma bu məsələdə RF hakimiyyətinin əlinin təmiz olduğunu demək də olmaz”, - deyə C.Həsənli rəsmi Kremli şübhə altına alıb. Milli Şura sədri avtoritar ölkələrdə müxalifətdə olmağı "həyatla oynamaq” adlandıraraq, B.Nemtsovun bu yolda həyatını qurban verdiyini vurğulayıb.  

Qətli pisləyən Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər B.Nemtsovla görüş və söhbətlərinə isnadən bu şəxsi gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır olan ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirir. "Bu qəddar siyasi qətl Putin rejiminin iflasını gücləndirəcək”, - deyə İ.Qəmbər B.Nemtsovun qətlindən sonra Rusiya daxilindəki siyasi proseslərə proqnoz verir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu B.Nemtsovun meyiti hələ hadisə yerində ikən RF prezidenti V.Putinin "qətlin sifarişli olması və təxribat məqsədilə həyata keçirilməsi” açıqlamasına diqqət çəkərək, bunun səmimi olmamasına işarə edir. Daha sonra Ə.Oruclu B.Nemtsovun qətlilə 10 il öncə Azərbaycanda rəsmi Bakının kəskin tənqidçilərindən olan jurnalist Elmar Hüseynovun qətli arasında paralel aparır. Ə.Oruclu hadisə yerinə gələn Bakı şəhər polisinin o zamankı rəisi Məhərrəm Əlyevin "qətlin sifarişli olması və təxribat məqsədilə həyata keçirildiyi” bəyanatını yada salır. Son olaraq, qətldən 10 il keçsə də, E.Hüseynovun qətlilə bağlı istintaqın hələ də davam etdiyini xatırladır. 

.

contact.az

.

Maybe you are interested in:

Çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişindədir

C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur

Siyasətçilər Rusiyanın Azərbaycan məmurlarını mükafatlandırması haqda

Milli Şura 15 marta mitinq təyin etdi

Milli Şuranın 12 oktyabr mitinq haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz