Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Siyasətçilər Rusiyanın Azərbaycan məmurlarını mükafatlandırması haqda

 

Rusiya prezidenti Vladimir Putin Milli Məclisin sədri Oqtay Əsədovu və dövlət başçısının köməkçisi Əli Həsənovu "dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri tövfəyə görə "Dostluq” ordenilə təltif edib. Bununla bağlı ölkə siyasətləri və politoloqları Turan-a şərh veriblər.

Milli Şuranın sədri, tarixçi- professor Cəmil Həsənli bu mükafatlandırmanı son illərdə rəsmi Bakının Rusiyaya yaxınlaşmasının "ordenləşmə mərhələsi” adlandırıb. Ona görə, bu mükafatlandırmanı həm də bir çox məsələlərdə Azərbaycanın Rusiyanı təkrar etməsi, ona yaxınlaşması, bu yaxınlaşmada bu şəxslərin oynadıqları aktiv rolun göstəricisi də saymaq olar. "Bunu həm də rəsmi Bakının Qərbdən imtina edərək Rusiya ilə əməkdaşlığa üstünlük verməsinin göstəricisi kimi də dəyərləndirmək olar”, -  C.Həsənli mükafatlandırmaya münasibətini ifadə edib.       

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı dünyada  ölkələr arasında sülhün, əmin-amanlığın, inkişafına xidmət naminə mükafatlandırma üsullarından istifadə edildiyini bildirib. Bəzən belə mükafatların gələcəkdə əlaqələrin daha yüksək inkişaf etməsi naminə "avans” olaraq verildiyini də yada salıb. "Odur ki, bu mükafatlandırmaya şübhə ilə yanaşmaq doğru deyil və  məmurların belə mükafatlandırılması onların hansısa "qara niyyətlər”ə xidmət edəcəyi şübhəsi yaratmamalıdır”, - S.Rüstəmxanlı qeyd edib.

Poitoloq Ərəstun Oruclu istər Oqtay Əsədovun, istərsə də Əli Həsənovun Rusiyaya həmişə loyal münasibət bəslədiyini söyləyib. O.Əsədəovun parlamentdə  Qərbi, ABŞ-ı kəskin tənqid etdiyi halda deputatlara Rusiyanı tənqid etməyə imkan vermədiyini vurğulayıb. "Görünür, Rusiya da bu "xidmətləri” dəyərləndirib, onları "Dostluq” ordenilə təltif edib”,-  politoloq mövqeyini ifadə edib.   

Milli Düşüncə Mərkəzini rəhbəri İsa Qəmbərə görə,  mükafatlandırmanın səbəbləri daha aydın ifadə edilsəydi onu daha dəqiq dəyərləndirmək mümkün olardı. "Mən mükafatlandırılan xadimlərə RF prezidenti Azərbaycan hakimiyyətində olmayan ictimai-siyasi xadimlərinə belə orden versəydi hakimiyyət təbliğatının necə olacağını təsəvvür etməyi məsləhət görərdim”, - İ.Qəmbər bildirib.

İ.Qəmbər bu müküfatlandırmanı həm də Rusiyanın "Ramiz Mehdiyevdən sonrakı dönəmə” hazırlaşması kimi dəyərləndirib.

.

contact.az

.

Maybe you are interested in:

Çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişindədir

C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur

Ölkə siyasətçiləri Boris Nemtsovun qətli haqda

Cəmil Həsənlinin qızına 1 il 6 ay cəza təyin etdilər

Milli Şuranın 12 oktyabr mitinq haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz