Milli Şuranın 12 oktyabr mitinq haqqında
Milli Şuranın 12 oktyabr mitinqi ilə bağlı hüquq mühafizə orqanlarının aktivliyinin xeyli artdığı müşahidə edilir. Bu məqsədlə sosial şəbəkələrdə, mətbuat səhifələrində, müxtəlif saytlarda fəallığın artması polis və xüsusi xidmət orqanlarının narahatçılığına səbəb olmuşdur. Milli Şuranın sədri professor Cəmil Həsənli bildirir ki, onun qızı Günel Həsənli ilə bağlı məsələlərin hadisədən 10 gün sonra yenidən gündəliyə gəlməsi məhz, mitinq hazırlıqları ilə bağlı olub. Hələ sentyabrın 30-da DİN əməkdaşlarının Landmarkın 19-cu mərtəbəsində Milli Şura rəhbərliyinin çay stolu arxasında müzakirələrini müşahidə etməsi mitinq narahatlığından irəli gəlirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin oktyabr ayının 2-də Cəmil Həsənli və onun qızı barədə məlum açıqlamasından sonra hadisənin meydana çıxan təfərrüatları polis orqanlarının qərəzli yanaşmasını aydın şəkildə ortaya qoymuşdur. Cəmil Həsənli bildirir ki, bu hadisədən sonra onun yaşadığı evin ətrafında nəzarət və müşahidə işləri gücləndirilmişdir. Hətta bir necə gün əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları evin ətrafında görünməyə başlayıblar. O, deyir: "mən şəkər xəstəliyindən əziyyət çəkdiyimdən hər gün bir neçə saat havada olmalıyam. Məsələn bu gün Milli Elmlər Akademiyasının bağında Çevik Polis Alayının 2465 saylı post patrul xidmətinin müşahidəsi altında gəzməli olmuşam.
Yağışlı hava olduğundan bağda demək olar ki, heç kim yox idi. Buna baxmayaraq PPX-nin 90 AC 733 nömrəli xidməti maşını mən gələndən 5 dəqiqə sonra orada peyda oldu və axıra qədər "keşiyimi” çəkdi. Görünür mənim orada kiminlə görüşəcəyimi, nə söhbətlər edəcəyimi müşahidə etmək istəyirdilər”.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb
Milli Şuranın mitinqinə icazə verilib
Milli Şura 15 marta mitinq təyin etdi
Cəmil Həsənlinin qızına 1 il 6 ay cəza təyin etdilər
Şərh əlavə edin