Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb

 

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordonasiya Şurası martın 15-də saat 15:00-a təyin etdiyi "Talançılığa son” şüarı altında mitinqlə bağlı təşkilati məsələləri müzakirə edib.

Paytaxt meriyasının sanksiyalaşdırdığı aksiya "Məhsul” stadionunda keçiriləcək. DQMŞ Prezident Administrasiyasının uğursuz iqtisadi siyasətinə etirazını bildirmək üçün aksiyada bir neçə min adamın iştirakını təmin etmək niyyətindədir.

Əsas şüarlar və çıxışlar bu il fevralın 21-də manatın 33 faiz devalvasiyası barədə dövlətin qərarı ilə əlaqədar yaranan böhrana aid olacaq. Belə ki, bu qərar əhalinin manatla olan ehtiyatlarını üçdə bir hissə ucuzaşdırıb, bank sistemini zərbə altına qoyub, qiymət artımına sövq edib və hiperinflyasiya üçün təhlükə yaradıb.

DQMŞ sədri Cəmil Həsənli ümidvar olduğunu bildirib ki, mitinqdə səslənəcək şüar və tələblər bütün ölkə boyunca eşidiləcək, hökumət və xalqın sonrakı qərarına təsir göstərəcək.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli KŞ üzvlərinə hökumətyönlü haker qruplarının kəskin fəallaşması barədə məlumat verib. Onlar Facebook fəllarının profillərinə hücumlar edirlər.

Cəmil Həsənlinin də profili sınıdırılıb.Onun adından məlumatlar yayılıb ki, guya mitinqin keçirilməsindən imtina edilib və ya Bakı İcra Hakimiyyəti qadağan edib.

Lakin qeyd olunduğu kimi, bu hərəkətlət bumeranq rolunu oynamağa başlayıb. Belə ki, mitinq mövzusu və manatın devalvasiyası barədə hakimiyyətin cinayətkar qərarı ətrafında sosial şəbəkələrdə aparılan polemika mitinqdə vətəndaşların əlavə iştirakını təmin etməlidir.

Manatın devalvasiyasından sonra DQMŞ operativ qaydada Mərkəzi Bankın bununla bağlı qərarına etirazını bildirib və ölkənin ali rəhbərliyindən aldadılmış vətəndaşların qanuni maraqlarının təmin edilməsi üzrə bəzi tədbirlərin görülməsini tələb edib.

Əsasən Milli Şura vətəndaşlara və banklara dəyən zərərin ödənilməsini tələb edib.

DQMŞ sonuncu dəfə 2014-cü il noyabrın 9-da mitinq keçirib. Aksiya siyasi məhbuslarını azadlığa buraxılması tələbilə keçirilib. Bu və digər siyasi tələblər martın 15-də irəli sürüləcək.

.

contact.az

.

Maybe you are interested in:

Müxalifət mayın 3-nə mitinq təyin edib

Çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişindədir

Milli Şuranın mitinqinə icazə verilib

C.Həsənli: Adımdan yayılan xəbərlərin mənə aidiyyatı yoxdur

C.Həsənli: İnsan hüquqlarının pozulması bütün sərhədləri aşıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz