C.Həsənli: İnsan hüquqlarının pozulması bütün sərhədləri aşıb
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənlinin ABŞ-a səfəri başa çatıb. Səfərin elmi ezamiyyət məqsədi daşıyırdı, amma səfər çərçivəsində Həsənli ABŞ-ın siyasət nümayəndələri ilə də görüşüb.
Həsənli Vudro Vilson Mərkəzinin "soyuq müharibə” problemlərinin araşdırılması layihəsi çərçivəsində Vaşinqtona dəvət edilib.
Turan-a müsahibəsində o bildirib ki, söhbət "soyuq müharibənin” başlanğıcında (40-cı illərin sonları) cənub (Türkiyə, İran) və qərb sərhədlərində (Çin) SSRİ-nin xarici siyasətinin araşdırılmasından gedir.
Bu iş çərçivəsində Həsənli artıq Çində olub və tezliklə yenidən Şanxaya səfər edəcək.
Alim 2015-ci ildə SSRİ-nin 1944-47-ci illərdə Sintzyan (şərqi Türküstan) əyalətinə qarşı xarici siyasəti haqqında sənədlər məcmuəsini dərc etdirməyə hazırlaşır.
Bundan başqa, gələcəkdə onun "Şərqi Türküstan Sovet siyasətinin cazibəsində” adlı monoqrafiyası işıq üzü görəcək.
Bununla belə, Həsənli ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentində, Senatda, Konqresin Helsinki Komissiyasında, habelə Freedom House və Karnegi Fondunda bir sıra göüşlər keçirib.
Regiondakı vəziyyət, habelə Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki problemlər müzakirə olunub.
Azərbaycanda repressiyalar və siyasi məhbusların sayının artması artıq çoxdan dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
"İndi beynəlxalq ictimaiyyət Azərbaycanda demokratiyanın boğulması ilə bağlı narahatlığını deyil, artıq həyəcanını ifadə edir”, deyə o bildirib.
Amerikada prinsipiallığı və cəsur araşdırmaları ilə yaxşı tanınan jurnalist Xədicə İsmayılovanın həbsi haqqında məlumat ABŞ ictimaiyyətini xüsusilə heyrətləndirib.
Son hadisələr və hüquq müdafiəçilərinin həbsləri Amerikada bütün sərhədlərin, qırmızı xətlərin keçilməsi kimi qəbul edilir, deyə Həsənli bildirib.
Vaşinqtonda rəsmi Bakıya qarşı hər-hansı sanksiyalar tətbiq edilməsi ehtimallarına baxılır? Bu suala cavabda Həsənli deyib ki, dekabrın 12-də siyasi mühacirlər təşkilatı olan AZAD Vaşinqtonda müzakirələr aparacaq. Burada Dövlət Katibinin keçmiş köməkçisi Devid Kramerin və keçmiş səfir Riçard Kozlariçin çıxış edəcəyi gözlənilir.
Siyasi və diplomatik dairələrdə onların nüfuzunu və təsirini nəzərə alsaq, bu çıxışlardan çox şey asılı ola bilər, Həsənli belə hesab edir.
.
Maybe you are interested in:
Çin səfəri: gələcək üçün dividentlər
Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb