Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Çin səfəri: gələcək üçün dividentlər

 

Azərbaycan prezidenti İlham Əliyevin Çinə dekabrın 11-də başa çatmış səfərinin yekunları göstərir ki, rəsmi Pekinlə danışıqlarda əsas yeri iki mövzu – "İpək yolu” layihəsi və Çin investorlarının Azərbaycana dəvət edilməsi tutub.

Rəsmi Bakı üçün hər iki məsələ əhəmiyyətlidir. Birinci layihədə Cənub-Şərqi Asiya və Avropanın birləşdirilməsi, habelə qarşılıqlı mal axınlarının Fars körfəzinə çıxışını açan Şimal-Cənub dəmir yollarının birləşdirilməsi nöqteyi-nəzərdən Azərbaycana mühüm logistika yeri ayrılıb.

ÇXR sədri Si Cinpinlə görüşdə Əliyev Azərbaycanın "bir zolaq, bir yol” təşəbbüsündə maraqlı olduğunu təsdiq edib. Təşəbbüs 2013-cü ildə Si Cinpin tərəfindən irəli sürülüb və Asiya və Avropa arasında qədim ticarət marşrutlarının bərpasına yönəlib, dünyanın ümumilikdə 4,4 mlrd. əhalisi olan 60-dan çox ölkəsini və rayonunu əhatə edən layihələrdən ibarətdir.

Tərəflər İpək Yolunun bir hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu strateji layihə kimi qiymətləndirir. Layihə real olaraq 2016-cı ildən Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolunun işə salınmasından sonra fəaliyyətə başlayacaq. 82 konteynerdən ibarət ilk pilot qatar artıq Çindən Azərbaycan vasitəsilə Avropaya gedib. Bu marşrutla ildə 400 min konteyner nəqli planlaşdırılır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi yekun mərhələyə daxil olur ki, bu da 20 mln. tona yaxın yük üçün yol açır.

İkinci məsələyə gəlincə, Sinxua agentliyinin məlumatına görə, Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Ketsyanla görüşdə bildirib ki, Azərbaycanın istehsalat obyektlərinin tikintisinə investisiya edən, infrastruktur tikintisində, sənaye parklarının və energetikanın inkişafında iştirak edən Çin müəssisələrinə dövlət dəstəyi göstəriləcəyini bildirib. O, həmçinin Azərbaycan tərəfin kosmonavtika və informasiya texnologiyaları kimi yüksək texnologiya sahələrində əməkdaşlığı möhkəmləndirmək, habelə mədəniyyət və təhsil sahəsində əlaqələri fasiləsiz olaraq genişləndirmək, iki ölkə sakinlərinin humanitar əlaqələri üçün zəruri şəraiti yaratmaq istəyini ifadə edib.

Li Ketsyan öz növbəsində istehsalat və infrastruktur obyektlərinin tikintisi zamanı kooperasiyanı möhkəmləndirməyə, sənayeləşmə prosesində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

Bu ideyalar "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi”ndə, həmçinin səfərin yekunlarına görə imzalanmış bir sıra sazişlərdə əksini tapıb. Tərəflər aşağıdakı sənədləri imzalayıblar:

"İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”, "Məhkumların verilməsi haqqında Müqavilə”, "Fitosanitar əməkdaşlıq haqqında Saziş”, "Mülki hava nəqliyyatına dair Saziş”, "2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, "İkitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”, "Dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”.

Əliyevin Çinə 10 il əvvəl baş tutmuş və neft bumu dövrü ilə eyni vaxta təsadüf edən ilk səfəri müxtəlif sahələrdə, əsasən energetika, sənaye, ticarət, qarşılıqlı investisiyalar sahəsində ikitərəfli münasibətlərə canlanma bəxş edib.

Hazırki səfər, demək olar ki, 2018-ci ildən sonra dünyada gözlənilən ticarət bumu ərəfəsində baş tutub. Ən davamlı və perspektivli layihə kimi İpək Yolu Azərbaycan logistikasından səmərəli istifadə ilə xeyli artıq maliyyə və siyasi dividentlər gətirə bilər.

Hələlik səfərin dividentləri haqqında danışmaq tezdir, yaxın gələcəkdə onlar barədə mühakimə yürütmək olar. Amma bir şey aydındır ki, səfər non oil country dövrünə qədəm qoyan Azərbaycan üçün əhəmiyyət daşıyır.

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

R.Hoqland Azərbaycana Amerika investisiyalarının artması üçün şərtləri açıqlayıb

Dövlət katibinin köməkçisi: “Yeni İpək Yolu” təşəbbüsü ABŞ-ın uzunmüddətli strategiyasıdır”

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz