R.Hoqland Azərbaycana Amerika investisiyalarının artması üçün şərtləri açıqlayıb
ABŞ Dövlət Katibinin Mərkəzi və Cənubi Asiya üzrə müavinin köməkçisi Riçard Hoqlandın Azərbaycana səfərinin əsas məqsədi İpək Yolu nəqliyyat dəhlizi layihəsi ilə bağlı məsələlərin müzakirəsidir. Bu barədə Hoqland bu gün ABŞ səfirliyində keçirilən brifinqdə bildirilib.
Onun sözlərinə görə, ABŞ İpək Yolunun inkişafını dəstəkləyir, amma hələlik bu məsələ ilə bağlı konkret qərar qəbul edilməyib.
Hoqland həmçinin İran və "Altılıq” arasında nüvə proqramı üzrə nailiyyət əldə olunmasına toxunub. İranın sanksiyaların ləğvindən sonra regional energetika layihələrinə cəlb edilib-edilməyəcəyi barədə suala cavabda Hoqland deyib ki, MAQATE 6 ay ərzində sazişin texniki aspektlərinə baxacaq, bütün bu müddət ərzində isə sanksiyalar qüvvədə olacaq. Yarım il sonra vəziyyətin necə dəyişəcəyi hələlik məlum deyil.
"Ümid edirik ki, iqtisadi dəyişikliklər müsbət planda olacaq”, deyə Hoqland qeyd edib.
Azərbaycana Amerika investisiyalarının azalmasının səbəblərini şərh edən Hoqland deyib:
"Amerikanın Azərbaycana investisiyalarının azalması statistikasında siyasi kontekst yoxdur. Amerika şirkətləri xüsusi mülkiyyətdədir. Hökumət onlara nəzarət etmir, bizim dövlət şirkətlərimiz yoxdur, buna görə şirkətlər iqtisadi cəhətdən səmərəli olduğu halda investisiya edir.
İndiyədək biz Azərbaycana böyük investisiyalar etmişik. Ölkələrimiz arasında münasibətlər və investisiya üçün şərait yaxşılaşdıqca kapital qoyuluşu da artacaq, deyə Hoqland bildirib.
.
Maybe you are interested in:
Çin səfəri: gələcək üçün dividentlər