Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

 

Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana 3 günlük səfəri (11-13 mart) iki ölkə arasında sabit münasibətləri möhkəmləndirmək, habelə yaxın gələcək üçün nəzərdə tutulmuş qarşılıqlı səmərəli gələcək fəaliyyət planını müzakirə etmək məqsədi daşıyırdı.

İki ölkənin işgüzar dairələrinin biznes-forumunda prezidentlərin çıxışı göstərdi ki, Pakistan tərəfi Azərbaycanlı investorlara 150 mln. əhalisi olan perspektivli bazarda iştirak etmək haqqında daha israrlı və cəlbedici dəvət səsləndirdi.

Pakistan prezidentinin çıxışında əsas məqam kapitalların azad şəkildə irəli sürülməsi, yerləşdirilməsi və qorunması zəmanəti, iqtisadiyyatın energetika və aqrar sektorlarına perspektivli investisiyalar olub. Türkmənistandan Əfqanıstan vasitəsilə Pakistana gedən qaz kəmərinin tikintisi də maraqlı anons olub.

Bütün bunlar haqqında danışan Hüseyn Azərbaycan tərəfin maraqlarını real şəkildə qiymətləndirib, energetika sahəsindəki təcrübəni və ənənəvi olaraq "sakit liman” axtarışında olan Azərbaycan oliqarxiyasının imkanlarını vurğulayıb.

Prezident İlham Əliyev Pakistan investisiyaları üçün də, istənilən digər investisiyalar kimi, "açıq qapı” məsələsində o qədər də israrçı deyildi, çünki öz investisiya siyasətində xarici şəriklərin qismi iştirakı ilə daha qapalı iqtisadiyyat yaradılmasına əsaslanır. Təsadüfi deyil ki, o, öz çıxışında mümkün Pakistan-Azərbaycan layihələrinin dövlət tərəfindən tənzimlənməsini vurğulayırdı.

Amma iki dövlətin iqtisadi əlaqələri güclü təsir bağışlamır. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yekunlarına görə, Pakistanla ticarət dövriyyəsi 2,8 mln. dollar təşkil edib. Amma dövlətin iqtisadi həyata hədsiz müdaxiləsi olmasaydı, ölkələr ikitərəfli münasibətlərdə daha yüksək göstəricilər əldə edə bilərdi. Transparency International-ın reytinqində Azərbaycan və Pakistan korrupsiya səviyyəsinə görə ən yüksək mövqeləri tutur.

Lakin təkcə regional təhlükəsizlik (Cənubi Asiya və Cənubi Qafqaz), ərazi münaqişələri (Kaşmir və Qarabağ münaqişələri) və ölkələr üçü əsas təhlükəni radikal islam axınlarının təşkil etdiyi islam dünyasında qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edən böyük siyasi əməkdaşlığın yalnız bir hissəsini təşkil edən biznes maraqlarını qeyd etmək doğru olmazdı.

Pakistanın 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıması və diplomatik münasibətlər qurması növbətçi xarakter daşımırdı və BMT çərçivəsində Qarabağ və Kaşmir məsələləri və digər məsələlər üzrə, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət real şəkil aldı. Pakistanın Azərbaycanla sıx münasibətlərinin əhəmiyyətini Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar İslamabadın Ermənistanla diplomatik münasibətlərdən imtina etməsi də nümayiş etdirir. Pakistan Senatı həmçinin Xocalıda azərbaycanlıların qətlini soyqırım kimi tanıyıb.

Vaxtilə hətta Azərbaycan-Pakistan-Türkiyə hərbi blokunun yaradılması məsələsinə baxılıb. Baxmayaraq ki, bu ideya inkişaf tapmayıb, Bakı və İslamabad arasında silahla, texniki və kadrlar səviyyəsində hərbi əməkdaşlıq inkişaf edib.

Yaxın gələcəkdə prezident Əliyevin perspektivli layihələrə Azərbaycan kapitalının cəlb edilməsi üçün real imkanların uzadılması məqsədilə Pakistana səfərini gözləmək olar. Azərbaycan son vaxtlar iqtisadi cəhətdən möhkəmlənmiş Pakistandan fərqli olaraq, neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar o qədər də yaxşı dövrünü yaşamasa da, ölkənin müəyyən maliyyə potensialı var. Türkiyə və Şərqi Avropada bir sıra böyük xarici energetika layihələrinə investisiyalar buna dəlalət edir. Tərəflər həmçinin öz regionlarında davam etməkdə olan, bir-birindən uzaq, amma bir-biri ilə əlaqəli olan problemlərlə əlaqədar qarşılıqlı fəaliyyəti inkişaf etdirməkdə maraqlıdırlar.

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

Macarıstanın baş naziri Bakıya gələcək

Devalvasiya

Çin səfəri: gələcək üçün dividentlər

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

Azərbaycan və Pakistan prezidentlərinin görüşü

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz