Federal lәzgi
milli-mәdәni muxtariyyәti

KXCP sədri Elman Həsənlinin hərəkətini qətiyyətlə pislədiyini bildirir

 

"Həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddia qaldıran və cəzalanmasına səbəb olan partiyanın keçmiş üzvü Elman Həsənlinin hərəkətini birmənalı və qətiyyətlə pisləyirəm”. Bu sözləri Turan-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirb.

M.Mirəlioğlu E.Həsənlinin hərkətini mənəviyyatca zəif adamın atdığı addım adlandırıb. "Xanıma və xüsusilə həbsdə olan xanıma qarşı belə addım atılması insana başucalığı gətirməz”, - deyə M.Mirəloğlu hadisəyə münasibətini ifadə edib.

Xatırladaq ki, tanınmış araşıdrmaçı jrunalist Xədicə İsmayıla qarşı ilk ittiham da 2014-cü ilin yayında E.Həsənli tərəfindən qaldırılmışdı. Bununla bağlı Xədicə İsmayıl ölkə prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilmişdi. Amma o zaman X.İsmayılı bu ittihama görə həbs etmədilər. Sonradan Tural Mustafayev adlı şəxs X.İsmayılın onu özünü öldürmək həddinə çatdırması haqda şikayət etdi. 2014-cü ilin dekabrında bu ittihamla X.İsmayıl həbsə alındı. Bu ilin fevralında E.Həsənli həbsdə olan X.İsmayıla barəsində yalan məlumatlar yayması iddiası qaldırıb. Binəqədi rayon məhkəməsi isə bu iddia əsasında həbsdə olan jurnalisti 2500 manat həcmində cərimə edib. 

.

ФЛНКА

Maybe you are interested in:

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər

RATİ Xədicə İsmayılla bağlı bəyanat verdi

X.İsmayılova: “MTN böhtan atır”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz