Müsavat Partiyasının təşəbbüsü ilə “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası başlayıb
Mayın 12-də Müsavat Partiyasının təşəbbüsü ilə bu partiyanın qərargahında "Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası başlayıb.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah Turan-a bildirib ki, hazırda aksiyaya Bakıda 5 və Masallıda 1 partiya fəalı qoşulub.
"Mayın 14-də aclıq edənlərin sayı 10 nəfərə çatacaq. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Hazırda aksiyanın keçirilməsi üçün geniş yer təşkili ilə məşğuluq. Aclıq müddətsizdir və ölkənin bütün regionlarına yayılacaq”, deyə E.Fəttah qeyd edib.
Müsavat Partiyası mayın 14-də saat 14-də aclıq aksiyası, ölkədəki mövcud ictimai-siyasi durum, o cümlədən iqtidarın siyasi partiyalarla görüşü mövzusunda mətbuat konfransı keçirəcək.
.
Maybe you are interested in:
Müsavat yürüşə hazırlaşır
Müsavat hakimiyyəti Avropa Oyunlarının boykotu ilə hədələyir