Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Müsavat Partiyasının mitinqinin iştirakçıları siyasi məhbusların azad olunmasını tələb ediblər

 

Bazar günü Bakının Yasamal rayonundakı "Məhsul” stadionunda siyasi məhbusların azadlığa buraxılması tələbilə mitinq keçirilib. Aksiya Müsavat Partiyası tərəfindən təşkil olunub və dekabrın 10-da qeyd edilən İnsan Haqları Gününə həsr olunub.

Havanın soyuq olmasına və küləyə baxmayaraq, aksiyada minə yaxın adam iştirak edib.

Mitinqdə çıxış edən Müsavat Partiyasının keçmiş rəhbəri, hazırda  Milli Fikir Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, hakimiyyət öz opponentlərinə - həqiqəti söyləyənlərə qarşı total mübarizə aparır.

"Hakimyyət özü bizdən qorxur, odur ki, həbslərlə qorxutmağa çalışır”, - İ.Qəmbər vurğulayıb.

Lakin İ.Qəmbər qeyd edib ki, sonda ədalət uğrunda mübarizə aparanlar qalib gəlir.

"Azərbaycan xalqının ədalətli, azad və ləyaqətli yaşamaq hüququ var. Mən öz xalqımın qələbəsinə inanıram və mübarizəni davam etdirməyə çağırıram”, - İ.Qəmbər vurğulayıb.

O xatırladıb ki, hələ yazda Müsavat  belə bir qərar qəbul etmişdi ki, əgər siyasi məhbuslar azad edilməsə 2015-ci il Avropa Olimpiya Oyunlarını boykota çağıracaqlar.

İ.Qəmbərin fikrincə, hakimiyyət bütün hədləri aşaraq hətta qadınları da həbsə alır. Hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə İsmayılova həbs  edilib.

Əliyev rejiminin tamahkarlığı siyasi məhbuslar problemində də özünü göstərir. Siyasi məhbusların sayına görə Azərbaycan dünya liderlərindən biridir. Ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus var. 

Müsavat Partiyasının fəalı Raqif Kərimlinin iki oğlu Fərəc və Sirac həbs olunublar. O, əfv ərizəsi yazmaq üçün siyasi məhbuslara təzyqlərin göstərildiyini bildirib. "Azadlığı sədəqə kimi vermirlər. Bu insanların günahı yoxdur. Niyə onlar əfv barədə xahiş etməlidirlər”, - R.Kərimli sual edib.

Keçmiş siyasi və vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi İsgəndərli əmin olduğunu bildirib ki, hakimiyyət beynəlxalq təzyiqlərin altında siyasi məhbusları azad etməli olacaq.

Müsavat Partiyasınn rəhbəri Arif Hacılının fikrincə, siyasi məhbuslara və Azərbaycanda repressiyaya etiraz edənlərin sayı mitinq iştirakçılarının sayı ilə məhdudlaşmır.

Onun sözlərinə görə, Azərbaycan xalqı repressiyalara qarşı müqavimət göstərir və siyasi məhbusların sayı bunun göstəricidir. Sadəcə, Azərbaycan xalqı daha amansız və qəddar rejimlə üz-üzə qalıb.

Aksiya iştirakçıları "Azadlıq!” şüarını səsləndirib, əllərində siyasi məhbusların portretlərini, müxtəlif şüarlar yazılmış plakatlar tutublar. Həmin plakatlarda "Şaxta baba, sanksiya gətir!”, "Olimpiada məşəlini yox, azadlıq məşəlini yandırmaq lazımdır!” kimi sözlər yazılıb. Plakatlardan birinin üzərində olimpiya halqası dəmir barmaqlığın arxasında təsvir edilib.

Mitinq qətnamənin qəbulu ilə başa çatıb. Qətnamədə aşağıdakı tələblər irəli sürülüb: demokratik institutlara qarşı repressiyalara son qoyulsun; vətəndaşların beynəlxalq konvensiyalarda zəmanət verilmiş hüquq və azadlıqlarına əməl edilsin;  siyasi və vicdan məhbusları dərhal və qeyd-şərtsiz azad edilsin.

Aksiya insidentsiz ötüşüb.

.

contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Müsavat Partiyasının təşəbbüsü ilə “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası başlayıb

Müsavat yürüşə hazırlaşır

Milli Şuranın mitinqi: Hakimiyyətin talan siyasətinə qarşı mübarizəni davam etdirəcəyik!

Müxalifət 2015-ci parlament seçkiləri ilində funksional əməkdaşlıqla bağlı məsləhətləşmələrə başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz