Müsavat yürüşə hazırlaşır
Müsavat Partiyası hələ aprelin 19-da yürüş keçirilməsi haqqında bildirişə rəsmi cavab almayıb. Bu tədbir əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə etiraz əlaməti olaraq və siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilir.
Partiyanın aparat rəhbəri Gülağa Aslanlı KİV-in Bakı meriyasının küçə yürüşü deyil, "Məhsul” stadionunda mitinq keçirməyi təklif etməsi haqqında məlumatlarını şərh edərkən deyib ki, Müsavat məhz metronun "20 Yanvar” stansiyasından "Məhsul” stadionuna qədər yürüşdə israr edir.
Meriya yürüşə icazə verməkdən imtina edərsə, partiya icazəsiz aksiya keçirəcəkmi? Bu suala cavabda Aslanlı deyib ki, Müsavat gələcək addımlarını rəsmi cavab aldıqdan sonra müəyyən edəcək.
.
Maybe you are interested in:
Milli Şura mayın 17- nə mitinq təyin etdi
Müsavat hakimiyyəti Avropa Oyunlarının boykotu ilə hədələyir
Bakı meriyası Milli Şuraya mitinq keçirməyə icazə verib