Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Müxalifət 2015-ci parlament seçkiləri ilində funksional əməkdaşlıqla bağlı məsləhətləşmələrə başlayıb

 

Yanvarın 15-də Düşüncə Mərkəzinin təşəbbüsü ilə Müsavat Partiyasının gərargahında noyabrda keçiriləcək parlament seçkilərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Mərkəzin rəhbəri İsa Qəmbər hər hansı koalisiya yaratmadan demokratik qüvvələrin azad seçkilər uğrunda funksional əməkdaşlığı ideyasını irəli sürüb. «Məqsədimiz yalnız parlamentdə yer qazanmaq olmamalıdır, biz ölkədə ciddi demokratik dəyişikliklərə nail olmalıyıq», - deyə o qeyd edib.

Onun fikrincə, Demokratik İnstitutlar və İnsan Haqlarıı Bürosu, Venesiya Komissiyası kimi beynəlxalq təşkilatların mövqeyi vacib əhəmiyyət kəsb edir. Onlar özləri Azərbaycana münasibətdə beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərməli və hakimiyyəti də bu prosesə dəvət etməlidirlər.

Çıxış edənlərin əsas tezisi vətəndaşların öz iradəsini ifadə etməsi üçün şərait yaradılması və seçkilərdə aktivliklə bağlı idi. Əhalinin aktivləşdirilməsi və seçkilərə maraq yaradılması gündəlikdəki əsas məsələyə çevrilir. "Adamlarla iş aparmaq, seçkilərin ölkədə vəziyyəti dəyişməyə şans olduğuna inandırmaq lazımdır", deyə REAL hərəkatının liderlərindən olan Natiq Cəfərli bildirib.

Bununla bağlı "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd edib ki, demokratik qüvvələr gecikir. Hakimiyyət kampaniyaya ötən ildən başlayıb. Müsavat Partiyasının sədri Arif Hacılı onunla razılaşıb və bildirib ki, hərəkatın əsas vəzifəsi seçki atmosferi yaradılmasıdır.

Demokratik seçkilər keçirilməsi üçün Hacılı dörd amil göstərib: demokratik mühit, demokratik qanunvericilik, bərabər rəqabət imkanı, saxtakarlığın qarşısının alınması. "Buna nail olmaq üçün müxalifətin funksional əməkdaşlığı lazımdır", deyə o, Qəmbərin ideyasını dəstəkləyib.

O deyib ki, artıq İnsan Haqları Mərkəzi, "Qarabağ” bloku ilə məsləhətləşmələr olub. "AXSP sədri Əli Kərimli ilə görüşdüm, REAL hərəkatı da əməkdaşlıqda maraqlıdır", deyə Hacılı bildirib.

O, 2015-ci ili imkanlar ili adlandırıb. "Məqsədimizə çatmaq üçün kütləvi etiraz aksiyaları lazımdır. Martda mitinqlərə başlayacağıq", deyə Müsavat rəhbəri bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Bakı ATƏT DTİHB-ni həm ittiham edir, həm də seçkilərə dəvət edir

Novruz Məmmədov: Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

Milli Şuranın iclasının Avropa Birliyi ilə yaxınlaşma haqqında qətnaməsi

Müsavat Partiyasının mitinqinin iştirakçıları siyasi məhbusların azad olunmasını tələb ediblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz