Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Novruz Məmmədov: Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər

 

Avropa İttifaqının (Aİ) bəzi strukturlarıyla birlikdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, "biz nə istəyirik, o da olmalıdır” prinsipi əsasdır. Bu barədə Prezident Administrasiyasının rəhbər müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında yazıb.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir.

"İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər”, deyə o qeyd edib.

Məmmədovun qənaətincə, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur.

"Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər”, deyə Prezident Administrasiyasının rəhbər müvini bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Novruz Məmmədov: “Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası çox utancverici prosesdir”

AŞPA rəhbəri Dinara Yunusu qəbul edib və Bakını insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz