Novruz Məmmədov: “Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası çox utancverici prosesdir”
""Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası çox utancverici prosesdir. İndiki dövrdə bütün proseslər açıq, şəffaf olmalıdır. Çox təəssüflər olsun ki, tarixdə ilk dəfə Azərbaycanın Avropa Oyunlarını keçirməyi üzərinə götürdüyü halda ölkəmizə qarşı belə kampaniya aparılır", - Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
N. Məmmədov əmindir ki bu cür addımlar onlara başucalığı gətirməyəcək və nəsə əldə edə bilməyəcəklər.
"Azərbaycanın müstəqil xarici siyasət kursu var. Biz bütün dövlətlərlə bərabər, qarşılıqlı, faydalı əməkdaşlıq qurmaq üçün addımlar atırıq. Azərbaycan bundan başqa variantlara gedən deyil”, - o vurğulayıb.
.
Maybe you are interested in:
Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib