Novruz Məmmədov ABŞ-ın Azərbaycan əleyhinə işləri barədə
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ABŞ dövlət katibini antiazərbaycan fəaliyyətində ittiham edənlərin sırasına qoşulub.
Bakıda Üçüncü Qlobal Forumdakı çıxışında və jurnalistlərlə söhbətində o, hökumət mətbuatında bu mövzuda dərc edilən yazıları şərh edib. N.Məmmədov faktiki olaraq həmin məqalələrdə Con Kerri haqqında deyilənləri təkrar edib.
"Sənədlər göstərir ki, antiazərbaycan kampaniyası ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunur”, - N.Məmmədov bildirib.
Onun sözlərinə görə, bu kampaniya hər gün aparılır, lakin Con Kerrinin planları Azərbaycan təşkilatları tərəfindən ifşa ediib”, - o bildirib, lakin söhbətin nədən getdiyini dəqiqləşdirməyib.
Bunun səbəblərindən danışan N.Məmmədov deyib ki, ABŞ öz maraqlarını hər şeydən üstün tutur. "Onlar sözdə bir şey deyirlər, əməldə başqa”, - o bildirib və qeyd edib ki, Azərbaycana qarşı bu cür cəhdlər uğursuz olacaq.
Hansısa "araşdırmaya” əsaslanan N.Məmmədov deyib ki, antiazərbaycan kampaniyasının aparılması "National Endowment for Democracy” (NED) təşkilatına tapşırılıb. Bu təşkilat uzun illərdir ki Azərbaycanda "beşinci kolon” formalaşdırmağa başlayıb, ölkədəki bəzi QHT və KİV-lərə milyonlarla dollar göndərib.
Qlobal Forumdakı çıxışı zamanı N.Məmmədov deyib ki, Avropa Oyunları ərəfəsində rəsmi Bakı hər tərəfdən ədalətsiz tənqidlərə məruz qalıb. "Bizi Liviyaya, Suriyaya çevirmək istəyirlr. Bu cür siyasət Azərbaycanın Qərbə inamını itirir”, - N.Məmmədov vurğulayıb.
.
Maybe you are interested in:
Novruz Məmmədov ATƏT-in Minsk Qrupunu tənqid edib