Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Novruz Məmmədov: Biz sanksiyalardan qorxmuruq

 

Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışları Bakıya təzyiqdir. Bu barədə jurnalistlərlə söhbətində Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.

"Azərbaycana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? Belə bir təhlükənin mövcudluğu haqqında söhbətlərdən xəbərimiz var, bütün bunlar bizə təzyiq göstərmək üçün edilir”, deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ və Avropanın maraqlarında olan "Cənub qaz dəhlizi” layihəsinə 45 mlrd. dollar yatırmağa hazırlaşır. Lakin avropalılar 10 il ərzində Nabucco boru kəmərini tikməyi təklif ediblər, sonradan isə ondan imtina ediblər.

"Avropa düşünməlidir ki, niyə Azərbaycanla belə oyun oynayıblar? Bəs məsuliyyət hanı? Hətta üzr istəmədilər, 10 ildir gəlib Nabucco haqqında müzakirələr aparmaqla səhv etdiklərini deməyiblər”. Belə olmaz axı!

Buna görə, bizim narahatlıq üçün əsasımız yoxdur”, deyə Məmmədov bildirib.

.

contact.az

.

Maybe you are interested in:

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Devid Kramer: “Azərbaycanın ABŞ-a daha çox ehtiyacı var, nəinki bizim Azərbaycana”

Novruz Məmmədov: Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər

Novruz Məmmədov ABŞ-ın Azərbaycan əleyhinə işləri barədə

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz