Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənov ABŞ-la tərəfdaşlıq şərtlərini açıqlayıb

 

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakının "daxili işlərə müdaxilə etməmək” prinsipləri ilə ABŞ-la tərəfdaşlıq münasibətlərini davam etdirməkdə maraqlı olduğunu bildirib.

Azərbaycanın xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, daxili işlərə qarışmama prinsipləri əsasında qurulur, deyə Həsənov Bloomberg agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Xəzər regionunu qərbə açıb, ABŞ və Avropa şirkətlərinin Xəzər karbohidrogenlərinin çıxarılmasında və ixracında iştirakını təmin edib.

1994-cü ildə Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub, Kosovo, İraq və Əfqanıstanda alyansın sülhməramlı əməliyyatlarında iştirak edib.

Azərbaycan "müasir” müsəlman ölkəsi kimi Qərblə sıx əməkdaşlıq edib, Avropa Şurasına daxil olub, Aİ-nin "Şərq tərəfdaşlığı” proqramına qoşulub, vətəndaş cəmiyyətinin, müstəqil medianın inkişafına hərtərəfli dəstək göstərib, vətəndaşların hüquq və azadlıqlarını təmin edib, deyə Həsənov iddia edib.

Lakin son illər "ABŞ-ın bəzi dairələri, xüsusən bir sıra QHT-lər, ayrı-ayrı ekspertlər Azərbaycana qarşı tərəfdaşlıq prinsiplərinə zidd olan qeyri-sağlam qara piar kampaniyası həyata keçirir.

"Üstəlik, ABŞ Dövlət Departamentinin bəzi məmurları Azərbaycan ictimaiyyətini çaşdıran bəyanatlar verir, iki ölkə arasındakı münasibətlərə ziyan vurur”, deyən Həsənov məhz hansı bəyanatları nəzərdə tutuduğunu dəqiqləşdirməyib.

Münasibətlərin heç vaxt bu qədər gərgin olmadığının doğru olub olmadığı haqqında suala cavabda Həsənov deyib ki, keçmiş Amerika məmurlarının müstəqil dövlətlərə "nəsihət vermək” cəhdləri ikitərəfli münasibətləri gərginləşdirməyə "qadirdir”.

Onun fikrincə, hər iki tərəfin mövqeyi həm transmilli maraqlar, həm də qlobal müstəvidə üst-üstə düşür və münasibətlər tərəfdaşlıq xarakteri daşıyır.

"İlham Əliyev istəyir ki, hamı onun ölkəsinin iradəsinə və siyasətinə hörmətlə yanaşsın. Azərbaycan ABŞ-dan da, Çindən də, RF-dən də, Böyük Britaniyadan da, Fransadan da, həmçinin İran və Türkiyədən – digər qonşu və tərəfdaş ölkələrdən belə münasibət gözləyir”, deyə Həsənov qeyd edib.

Azərbaycanı öz "əlaltısı” və ya dayağı kimi görmək istəyənlər bundan imtina etməlidirlər, deyə Həsənov qeyd edib.

ABŞ Azərbaycanda "beşinci kolonna” vasitəsilə hakimiyyəti dəyişdirmək istəyir? Bu suala cavabda Həsənov deyib ki, demokratiya adı altında dövlətin daxili işlərinə müdaxilə etmək, dövlət siyasətini və siyasi prosesləri nəzarət altına götürmək cəhdləri var.

Vaxtilə Şərqi Avropada, postsovet məkanında və Yaxın Şərqdə də belə ssenari tətbiq edilib.

Bu, sabitliyin pozulmasına, vətəndaş qarşıdurmasına, iqtisadi tənəzzülə, sosial çevrilişlərə gətirib çıxarırdı.

"Bəzi faktlar Azərbaycana qarşı da belə planların hazırlandığını güman etmək üçün əsas verir. Mən bu cəhdləri birbaşa ABŞ prezidenti və ya administrasiyası ilə əlaqələndirmək istəməzdim. Prezident Obama və Amerikanın digər rəsmiləri Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd ediblər və İlham Əliyev hökuməti ilə işləməyə hazır olduqlarını ifadə ediblər. Biz bu niyyətlərin səmimiliyinə inanırıq”, deyə Həsənov bildirib.

"Azadlıq radiosu”nun Bakı bürosunun fəaliyyəti ilə bağlı cinayət təhqiqatına toxunan Həsənov prokurorluğun işin redaksiyanın "maliyyələşməsində qeyri-şəffaflıq” haqqında məlumatlar əsasında aparıldığı haqqında fikrini təkrar edib.

"Azərbaycanda xarici KİV-lər və ya müxbirlər öz nizamnamələri, Azərbaycan qanunları və akkreditasiya qaydaları əsasında fəaliyyət göstərir. Müvafiq dövlət orqanları qanunlara riayət olunmasına nəzarət edir və pozuntular varsa, hüquqi tədbirlər görür.

 "Azadlıq radiosu”nun yerli tezliyi yoxdur və öz nizamnaməsinə əsasən İnternet-radio kimi fəaliyyət göstərir. O, İnternet vasitəsilə fəaliyyətini necə davam etdirirdisə, yəqin ki, bundan sonra elə də davam etdirəcək. Əlbəttə, "Azadlıq radiosu”nun gələcək fəaliyyəti məsələsi istintaqın nəticələrindən asılı olacaq”, deyə o bildirib.

Həsənov "Azadlıq radiosu”nun bağlanması ilə ABŞ dövlət katibi Con Kerri ilə İlham Əliyev arasında "Azadlıq radiosu”nun ofisindəki axtarışdan 5 gün əvvəl baş tutmuş telefon danışığı arasında hər-hansı əlaqə olduğunu inkar edir.

Onun sözlərinə görə, həmin söhbətdə tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.

Həsənov Azərbaycanın Rusiyanın xeyrinə strateji seçim edib.

Onun sözlərinə görə, Azərbaycan bütün ölkələrlə, o cümlədən ABŞ və RF ilə əməkdaşlığın milli maraqlarına uyğun şəkildə inkişaf etdirilməsinin tərəfdarıdır və bu siyasət digər ölkələrə qarşı yönəlməyib. 

.

contact.az

.

Maybe you are interested in:

Əli Həsənov Azərbaycana qarşı "Xaç yürüşü" haqqında

Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb

İlham Əliyev Angela Merkellə demokratik modernləşdirmə məsələlərini müzakirə edəcək

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz