Elmar Məmmədyarov Azərbaycan-Aİ tərəfdaşlığı üçün şərtləri açıqlayıb
Azərbaycan "Şərq tərəfdaşlığı” proqramının reallaşmasında fərqləndirmə siyasətinə tərəfdardır və Avropa Qonşuluq Siyasətinə yenidən baxılmasını müsbət qiymətləndirir. Bu barədə Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 20-də Luksemburqda "Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə bildirib.
E.Məmmədyarov Avropa Qonşuluq Siyasətinin 4 bəndinə– fərqləndirmə, sahiblik, istiqamət və çeviklik münasibətini bildirib.
Azərbaycan hesab edir ki, "Şərq tərəfdaşlığı” proqramı ikitərəfli səviyyədə fərqləndirilməli və prioritetlərə əsaslanmalıdır. Bu prioritetlər Azərbaycanın geoiqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır.
Azərbaycan hesab edir ki, bərabər tərəfdaşlıq və tərəflərin beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyi onlar arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir. Bu, olduqca mühüm amildir.
Azərbaycan konkret əməkdaşlıq sahələrində əlaqələrin inkişafı ilə bağlı Aİ-nin sadiqliyini dəstəkləyir. Əsasən Bakı iqtisadi inkişaf, energetika, rabitə (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya sahələrində əməkdaşlıqda maraqlıdır.
Azərbaycan hesab edir ki, Avropa Qonşuluq Siyasətinin reallaşmasındakı çətinlik bütün iştirakçılara eyni yanaşma prinsipi, ölkənin spesifik tələbatının nəzərə alınmaması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın olmasından qaynaqlanır.
Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha bəyan edir.
.
Maybe you are interested in:
Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var
Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı
Viza anlaşması: qazancımız nə olacaq?