Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı

APA-nın xəbərinə görə, sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar.
Saziş tərəflər arasında bu ilin iyulunda paraflanıb.
Sənədə əsasən müəyyən kateqoriyadan olan şəxslərin viza alması proseduru sadələşdirilir, viza üçün rüsum və tələb olunan sənədlərin sayı azaldılır.
Qeyd edək ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Viza anlaşmasında qazancımız nə olacaq?
Viza anlaşması: qazancımız nə olacaq?
Şərh əlavə edin