Moskvadan VİZA hədəsi: Kreml postsovet ölkələri ilə sərhədləri bağlamaq istəyir

"Hesab edirəm ki, viza tətbiqi zəruridir. Əgər biz bu miqrasiya axınını viza ilə tənzimləməsək, ölkəmizin sərhədlərini millətlərarsı münaqişəlrədən müdafiə edə bilməyəcəyik”-deyə Kozak vurğulayıb.
Baş nazirini müavini qeyd edib ki, yaxın gələcəkdə artıq viza rejiminin tətbiqinə başlanılacaq. Onun sözlərinə görə, vizanın tətbiqi Rusiyanın Avropa İttifaqı ilə apardığı danışıaqlar baxımından da mühümdür.
"Biz Avropa Birliyi ilə vizasız gediş-gəliş tətbiqi üçün danışıqlar aparırıq. Avropanın bu danışıqlarda tələb etdiyi ən zəruri məsələ Rusiyanın özünün xarici sərhədlərini möhkəmləndirməsidir”.
Kozak qeyd edib ki, postsovet ölkələri əvvəki kimi bir yerdə yaşamırlar və odur ki, Moskva hər şeydən əvvəl öz milli maraqlarını qorumalıdır.
Xatırladaq ki, ötən ildən etibarən Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının elan ediləcəyindən sonra quruma daxil olmayan ölkələrə qarşı viza sisteminin tətbiq ediləcəyini istisna etməmişdi. Azərbaycan Avrasiya İttifaqına qoşulmaqdan imtina edib.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
İlham Əliyev referenduma hazırlaşır
Azərbaycanla Avropa arasında viza rejimi sazişi imzalandı
Viza anlaşmasında qazancımız nə olacaq?
Viza anlaşması: qazancımız nə olacaq?
Şərh əlavə edin