Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyev Angela Merkellə demokratik modernləşdirmə məsələlərini müzakirə edəcək

 

Azərbaycan prezidenti İlham Əliyev Berlinə işgüzar səfərə yola düşür. Səfər zamanı o, ikitərəfli münasibətlərə, həmçinin Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə  Human Rights Watch təşkilatının bəyanatından sonra məlum olub. Bəyanatda Almaniya kansleri Angela Merkel İlham Əliyevlə görüş zamanı siyasi məhbusların azad edilməsi və ümumilikdə insan hüquqları məsələsini qaldırmağa çağırılır.

Sonuncu dəfə İlham Əliyev Almaniyaya 2010-cu il fevralın 4-də səfər edib və Merkellə görüşüb. O zaman enerji təhlükəsizliyi və "Şərq tərəfdaşlığı” proqramı prioritet idi.

O zaman İ.Əliyev qeyd etmişdi ki, Azərbaycan modernləşmə dövrünü yaşayır və Almaniya texnologiyalarına ehtiyacı var. Həmçinin ölkə Avropa enerji təhlükəsizliyinin həllinə töhfə verməyə hazırdır. O bildirmişdi ki, Azərbaycan "Şərq tərəfdaşlığı” proqramına qoşulub və bu ölkədə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək.

İ.Əliyev üçüncü müddətə prezident seçildikdən sonra Merkel öz təbrikində əmin olduğunu bildirmişdi ki, Azərbaycan "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq potensialından tam istifadə edə bilər.

O, Əliyevə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda uğurlar arzulamışdı. "Almaniya indiyə qədər olduğu kimi bundan sonra da bu yolda Azərbaycanı dəstəkləməyə hazırdır”, - Merkel bəyan etmişdi.

2013-cü ilin dekabrında İ.Əliyev Merkeli kansler postuna yenidən seçilməsi münasibətilə təbrik edərək həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam edəcəyinə əmin oldugunu bildirib.

.

contact.az

.

Maybe you are interested in:

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

İlham Əliyev Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

Human Rights Watch: Merkel Əliyevə təzyiq göstərməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz