Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Human Rights Watch: Merkel Əliyevə təzyiq göstərməlidir

 

Yanvarın 21-də Berlində Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı Merkel həbsdə olan hüquq müdafiəçilərinin və Azərbaycan hakimiyyəti tənqid edən digər şəxslərin azadlığa buraxılmasını İ.Əliyevdən tələb etməlidir. Bu barədə Human Rights Watch təşkilatının Turan-a daxil olan 20 yanvar tarixli məlumatında deyilir.

Gözlənildiyi kimi, Merkel və Əliyev ikitərəfli münasibətləri, energetika  və başqa məsələləri müzakirə edəcəklər.

"Merkel bu imkanı qaçırmamalı və İlham Əliyevi vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymağa çağırmalıdır”, - HRW-nin  Avropa və Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

"Hökuməti tənqid edənlərə qarşı ittihamlar siyasi motivlidir və Merkel onların azad edilməsinə nail olmalıdır. O, açıq şəkildə deməlidir ki, əgər hüquq müdafiəçiləri və fəallar azad edilməsələr Almaniya Bakıya Avropa Oyunlarına öz rəsmi nümayəndə heyətini göndərməyəcək”, - Vilyamson vurğulayıb.

Bəyanatın sonunda Merkelin barəsində danışmalı olacağı şəxslərin adları açıqlanır: Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə İsmayılova, Anar Məmmədli, İlqar Məmmədov.

.

contact.az

.

Maybe you are interested in:

HRW avropalı liderləri Azərbaycanda siyasi məhbusların azad olunmasını tələb etməyə çağırır

Əliyev və Merkel görüşü zamanı etiraz aksiyası

Protest action During the meeting of Merkel with Aliyev

İlham Əliyev Angela Merkellə demokratik modernləşdirmə məsələlərini müzakirə edəcək

Aliyev and Merkel to Discuss Issues of Democratic Modernization

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz