HRW avropalı liderləri Azərbaycanda siyasi məhbusların azad olunmasını tələb etməyə çağırır
Azərbaycan hökuməti Avropa Oyunlarının başlamasına 100 gün qalmış ictimai fəalları və jurnalistləri azad etməlidir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.
" Hökumətin jurnalistlərə, hüquq müdafiəçiləri və fəallara hücumları mətbuat azadlığının və insan ləyaqəti haqqında Olimpiya Xartiyasının ruhuna və prinsiplərinə çağırışdır” , - HRW Avropa və Mərkəzi Asiya üzrə direktoru Jeyn Byukenen bildirib.
Avropalı liderlər Bakını xəbərdar etməlidirlər ki, həbs olunanlar azad edilməyənə qədər onlar açılış mərasımınə yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcəklər.
Həmçinin HRW son zamanlar həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərin həbslərinin xronologiyasını fotoslayd şəklində paylaşıb.
.
Maybe you are interested in: