HRW: Azərbaycan Avropa Şurasında səs hüququndan məhrum edilməlidir
Bakıda jurnalist Xədicə İsmayılovanı uydurma, siyasi ittihamlarla həbs ediblər. Bu, hökumətlə razı olmayan vətəndaşların nüfuzdan salınması ilə məşğul olan məhkəmənin və dövlət sisteminin keyfiyyətsizliyini göstərir. Azərbaycan hakimiyyəti hökmü dərhal ləğv etməli və onu azad etməlidir. Bu barədə Human Right Watch beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.
"Bu biabırçı hökm Azərbaycan hakimiyyətinin tənqidçilərindən qisas almaq üçün qanunu devirməyə hazır olduğunu göstərir”, deyə HRW icraçı direktoru Kennet Rot bildirib. "Buna görə bu hökm dərhal ləğv edilməlidir”.
İsmayılova Elison De Forj mükafatına – fəallıq və cəsarətə, habelə söz azadlığının misli görünməmiş şəkildə pozulduğu Azərbaycanda hüquq müdafiə fəaliyyətinə görə verilmiş mükafata malikdir.
Məhkəmə zamanı İsmayılova hökuməti onun jurnalist araşdırmalarını, xüsusən İlham Əliyevin ailəsinin biznesi haqqında araşdırmalarını dayandırmaq cəhdində ittiham edib.
"Azərbaycan bu ədalət parodiyalarını ona görə edir ki, bu, cəzasız qalır. Beynəlxalq ictimaiyyətin konkret addımlar atmasının və Xədicə İsmayılova və bir çox digərləri haqqında ədalətsiz hökmlərə görə real nəticələrə nail olmasının vaxtı çatıb”.
Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanda insan hüquqları sahəsində dəhşətli vəziyyətə vahid kəskin mövqe bildirməlidir. Bu reaksiya Bakı ilə strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlara son qoyulmasından ibarət olmalıdır.
Azərbaycan AŞPA-da səs hüququndan məhrum edilməlidir. Avropa İttifaqı Bakıya meydan oxuyaraq, onun bu xoşagəlməz davranışının cəzasız qalmayacağını göstərməlidir”, deyə bəyanatda qeyd edilir”, deyə HRW-nin bəyanatında qeyd edili
.
Maybe you are interested in:
Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb