Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənov Azərbaycana qarşı "Xaç yürüşü" haqqında

 

Dövlət başçısının köməkçisi Əli Həsənov "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib ki, 2015-ci ildə Azərbaycan yaxşı iqtisadi göstəricilərə nail olub, işsizliyi 5% azaldıb. Beynəlxalq reytinq agentlikləri ölkə iqtisadiyyatının sabit olduğunu deyir.

Neft qiymətlərinin ucuzlaşmasına toxunan Həsənov deyib ki, "dünyada hökm sürən böhrana baxmayaraq", ölkədə iqtisadi inkişaf müşahidə olunur.

Gələcək prioritetlər sırasında o, qeyri-neft sektorunun inkişafını, maliyyə intizamının artırılmasını, prioritet investisiya layihələrinin həyata keçirilməsini və s. göstərib. Kənd təsərrüfatına böyük diqqət yetiriləcək - böyük fermer təsərrüfatları yaradılacaq, on min hektarlarla ərazi dövriyyəyə buraxılacaq. Məqsəd ərzaq təhlükəsizliyini təmin etməkdir.

Lakin Qərbdə Azərbaycanın düşmənləri "ölkənin müstəqil siyasi kursundan narazıdırlar və Bakıya qarşı "Xaç Yürüşü" nə bənzər bir şey başladıblar". İnsan hüquqlarının pozulması haqqında böhtan xarakterli bəyanatlar "bəzi Qərb dairələrinin ölkəyə təzyiq göstərmək və öz oyun qaydalarını diqtə etmək cəhdidir". Təəssüf ki, müasir Azərbaycanın uğurları dövlətimizin inkişaf etməsini və imicinin möhkəmlənməsini istəməyən müəyyən qüvvələrin güclü narahatlığına və açıq-aşkar nifrətinə səbəb olur", Həsənov belə hesab edir.

O, Rusiya ilə münasibətlərə toxunaraq qeyd edib ki, Rusiya ənənəvi olaraq Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu gün Azərbaycan - Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri alıb.

"Biz beynəlxalq aləmdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasında ötən ilki hadisəni xatırlamaq kifayətdir, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyalara qarşı çıxıb", deyə Həsənov bildirib. (Qeyd edək ki, AŞPA  Krımın işğalı ilə əlaqədar Rusiyadan Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi tələb edirdi. Lakin Azərbaycan təcavüzkarı dəstəkləməyə üstünlük verdi, Ukraynanın ərazi bütövlüyünü müdafiə etmədi - red.).

.

www.contact.az

.

Maybe you are interested in:

Qusarda quldurluq hadisələrin sayı artıb

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib

Əli Həsənov ABŞ-la tərəfdaşlıq şərtlərini açıqlayıb

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz