Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusarda quldurluq hadisələrin sayı artıb

Şəhər sakinlərinin şikayətləri

Beynəlxalq neft bazarında qeyri-sabit vəziyyət bir sıra neft hasil edən ölkələri ciddi böhrana gətirib çıxardı.

 

Belə ölkələrindən biri Azərbaycan Respublikasıdır. Neft qiymətlərinin 2014-ci ildən üç dəfə düşməsi ilə bağlı olan qlobal proseslər Azərbaycan iqtisadiyyatına da təsir göstərdi.

"Qafqaz Düyün" agentliyinə verdiyi müsahibədə Bakı iqtisadi ekspertlər bildiriblər ki, manatın kursunun kəskin düşməsi əhalinin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə biznes fəaliyyəti azalacaq, işsizlik və yoxsulluq artacaq.Bundan əlavə, milli valyutanın kursunun düşməsi banklardan dollarla kredit götürən vətəndaşlar ücün yeni problemlər yaradacaq.

İqtisadi ekspertlərin fikrincə Mərkəzi Bankın qərarından sonra, ərzaq, geyim, elektronika qiymətləri 30 faiz artacaq, daşınmaz əmlak və avtomobil bazarında qiymətlər xeyli aşağı düşəcək, sosial gərginlik artacaq.

Ekspertlərin sözlərinə təsdiq olaraq, sosial gərginlik nəticəsində ölkədə oğurluq, quldurluq və soyğunçuluq halları kəskin artdı. Lakin, yəqin ki əhali arasında vahimə qarşısını almaq səbəbi ilə, çox saylı cinayətlər haqqında ölkə mediası məlumat vermir.

Belə ki, son zamanlar Qusar şəhərindən yerli əhalini terrora məruz qoyan quldur dəstələri haqqında  çoxsaylı məlumatlar gəlir.

Yerli əhalinin sözlərinə görə, bütün bu baş verənlər Azərbaycanın ucqar regionlarında əhalinin aşağı yaşayış səviyyəsi, işsizliyi ilə bağlıdır.

Bu və bir çox digər obyektiv və subyektiv amillərin birləşməsi nəticəsində əqli və emosional qeyri-sabit insanlar bu cür hərəkətlərə əl atırlar.

Müxbirimizə verdiyi müsahibəsində Qusar sakini çoxsaylı cinayət faktlarlını təsdiq edərək qeyd elədi ki, bölgədə oğurluq halları bir neçə həftədir ki davam edir. Onun sözlərinə görə, cinayətkarlar qızıl və pul aparırlar.

Adətən, bu quldur dəstələri  2-5 nəfərdən ibarət olur. Lakin, daha böyük , iyirmi üzvüdən ibarət olan quldur dəstəsidə var. Onlardan dörd üzvü bu yaxınlarda tutuldu. "Tutulan dörd nəfərdən üçü yerli, biri isə Qubalıdır. Tutulan cinayətkarlar müxtəlif millətlərin nümayəndələridirlər”- deyə daha bir həmsöhbətçimiz bildirib.

Hal-hazırda, cinayətkarların hesabında onlarla qarət olunmuş evlər və mağazalar, bir neçə döyülmüş sakin var, onlardan biri ağır vəziyyətdə reanimasiyadadır. Qusarlılar şikayət edirlər ki,  yerli polis cinayət haqqında bəyanatları çox zaman qəbul etmək istəmirlər. Onlar həmçinin heç bir şey baş vermədiyi kimi özlərini aparan şəhər və regional hakimiyyətin fəaliyyətsizliyindən narazıdırlar.

Mövcud olan sosial gərginliyini, cinayətlərin sayının artmasını və  Qusar sakinlərinin narazılıqlarını nəzərə alaraq Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti Qusar Rayon rəhbərliyini regionda cinayətin qarşısını almaq üçün tədbirlərin gücləndirilməsinə çağırır. Şəhər sakinlərini isə bu işdə hakimiyyət orqanlarına yardım göstərməyə çağırırıq.

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Devalvasiya

“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Azərbaycan böyük layihələri unutmalıdır – Amerikalı ekspert

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz