Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

 

Qlobal iqtisdiyyatda müşahidə olunan proseslər, dünya enerji daşıyıcıları bazarında neftin qiymətinin 2014-cü ilə nisbətən 3 dəfədən çox aşağı düşməsi və digər səbəblər nəzərə alınaraq milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən 21 dekabr 2015-ci il tarixdən manatın üzən məzənnə rejiminə keçməsi barədə qərar qəbul edilmişdir. Milli valyutanın üzən məzənnəyə keçməsi və manatın devalvasiyası ilə əlaqədar son günlərdə ölkə ərazisində bəzi ərzaq məhsullarının satış qiymətlərinin süni surətdə artırılmasına yol verilməsi halları  müşahidə olunur. Rayonda belə halların qarşısının alınması, o cümlədən istehlak məhsullarının qiymətlərinin tənzimlənməsi, bazarlarda inhisarçılığın aradan qaldırılması, yerli sahibkarlarla müvafiq izahat işlərinin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə rayon icra hakimiyyəti başçısının yanında müvafiq orqanların nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması məqsədə uyğundur. 

Qeyd olunanları nəzərə alaraq qərara alıram:

1. Qusar rayonunda istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirlərinin gücləndirilməsi və müvafiq tədbirlərin görülməsi üçün rayon icra hakimiyyəti başçısının yanında aşağıdakı tərkibdə komissiya yaradılsın.

Komissiyanın sədri:  

1. Şair Alxasov-Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyanın üzvləri:

2. Şahid Fərəməzov-RİH başçısının birinci müavini

3. Zoya Eldarova-RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri

4.Elman Mustafayev-RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.           

5. Nadirşah Məmmədov-RİHB Aparatının ərazi idarəetmə və  yerli özünüidarəetmə orqanları ilə iş  şöbəsinin müdiri:     

6. Elşad Əlimuradov-RİHB Aparatının sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsi müdirinin müavini

7. Arif Əsədov-Qusar Rayon Polis Şöbəsinin rəisi

8. Zahid Vəliyev-Qusar Rayon Prokuroru

9. Nazim Fətullayev-Dövlət Təhlükəsizlik Xidməti Qusar Rayon Şöbəsinin rəisi

10.Telman Kazımov-RİHB aparatının hüquq şöbəsinin  müdiri

11.Emil Əmirmətov-Qusar Rayon Gənclər və İdman idarəsinin rəisi

12.Mətləb Cəfərov-Azərbaycan Respublikasının İqtisadiyyat  və Sənaye Nazirliyinin Quba-Xaçmaz   regional bölməsinin müdiri

14.Nadirşah Şirinov -Qusar Rayon Gigiyena və Epidemiologiya  Mərkəzinin direktoru

15.Vidadi Mamaliyev -Qusar Rayon Baytarlıq İdarəsinin rəisi.        

16.İlqar Sultanov-Azərbaycan Respublikası Vergilər  Nazirliyi 3 saylı ərazi vergilər idarəsinin nümayəndəsi

17.Nahid Arazov-RİH başçısının Qusar Şəhər İnzibati   Ərazi Dairəsi üzrə nümayəndəsi

18.Əlfəddin İbrahimov-Qusar Bələdiyyəsinin sədri

19.Zeynal Əsgərov-RİHB aparatının sosial-iqtisadiinkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

 20. Vadim Fərzəliyev-RİHB aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi

 21.Akif Qurbanov-RİHB aparatının sosial-iqtisadiinkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi.

 2.Komissiyaya tapşırılsın ki, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumlarının nümayəndələrini cəlb etməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Qusar rayonunda fəaliyyət göstərən ticarət və xidmət şəbəkələrində vaxtaşırı monitorinqlərin keçirilməsini təmin etsin.

 3.Ərzaq məhsulları istehsalçıları və sahibkarlar arasında müvafiq maarifləndirmə işlərinin aparılmasını təşkil etsin.

 4.Süni qiymət artımı ilə əlaqədar aşkar olunan hər bir fakt üzrə iş gününün sonunda rayon icra hakimiyyətinin başçısına məlumat versin.

 5.İstehlak bazarında süni qiymət artımı və sui-istifadə hallarına rast gəlindiyi halda qanunvericiliyin tələblərinə müvafiq olaraq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırsın.

 6.Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Şair Alxasov,

Qusar Rayon İcra Hakimiyyətinin başçısı

           15 yanvar 2016-cı il.

.

http://gusarpress.com

.

Maybe you are interested in:

MÖHTƏKİRLİK, SÜNİ QİYMƏT ARTIMI YOLVERİLMƏZDİR

Qusarda quldurluq hadisələrin sayı artıb

Qiymətlər artmaqda davam edir

Foto TURAN Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri işləmir

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz