Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Foto TURAN Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri işləmir

 

Dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra dekabrın 22-də ticarət obyektləri hələ də şokdadır. Bir çox ticarət nöqtələri ya satış etmir, ya da qapılarını bağlayıb.

Dekabrın 21-də Mərkəzi Bank 1 dollar=1,55 manat məzənnəsini müəyyən edib. Beləliklə manat 47 faiz devalvasiyaya uğrayıb. Bu ilin fevralında isə manat 34 faiz devalvasiyaya uğramışdı.

Turan-ın müxbiri səhər saatlarında Bakının mərkəzi ticarət obyektləri və bazarlarında olub. Bazarlarda satılan yerli məhsulların qiymətlərində çüzi artım olsa da, xaricdən idxal edilən meyvə və çərəz məhsullarının qiymətlərində 30-50 faiz artım var. O cümlədən, ərzaq mağazalarında müxtəlif məhsulların qiymətlərində 20-40 faiz arasında artım olub. Ən çox qiymət artımı məişət texnikaları, elektronika məhsulları, mobil telefonlarda və bu məhsullar üçün nəzərdə tutulan aksesuarlarda olub. Burada artım 30-50 faiz, bəzi məhsullarda isə daha çoxdur.   

Paytaxtın mərkəzi küçələrindəki əksər valyutadəyişmə məntəqələrinin ya qapıları bağlıdır, ya da alış-satış etmirlər. Bəzi məntəqlərdə isə 1 dolların alışı reklamlarında 1 dollar=1,51 və 1,53 manat yazılıb. Dollar satışı, demək olar ki, tam dayanıb. 

Ticarətçilər arasında çoxsaylı şaiyələr də dolaşır. Bir çoxları işçilərini ixtisara salacaqlarını və yaxud hansısa satış mərkəzinin işçilərinin çoxunu artıq ixtisar etdiyini deyirlər.

Turan-ın müxbirinin söhbət etdiyi xaricdən mal idxal edən ticarətçilər artıq rüşvətin yığışdırılmasının vaxtının çatdığını bildirib. "Amma, bunlar əksinə edib, idxal zamanı rüşvəti daha da qaldırıblar. Əvvəl bir korobka üçün 4500 manat əlavə xərcimiz çıxırdı, indi 8 000 manat olub”, deyə ticarətçilərdən biri qeyd edib. Amma o, bunun hansı elektron məhsulun bir qutusu üçün tələb edildiyini deməyib.   

Bu gün Mərkəzi Bank dolların kursunu bir qədər də artırıb. Dekabrın 22-də Mərkəzi Bank 1 dollar üçün 1,5511 manat, 1 avro üçün isə 1,6939 manat məzənnə müəyyən edib.

.

www.contact.az

.

Maybe you are interested in:

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Binə Ticarət Mərkəzində etiraz

Qiymətlər artmaqda davam edir

“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”

“Bakıdan zəng edib məni hədələdilər...” - Avstriyada "manat cinayəti"

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz