Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qiymətlər artmaqda davam edir

 

 Dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra bazar və mağazalarda hələ də stabillik yaranmayıb. Qiymətlər sürətlə qalxmaqda davam edir. İstər ərzaq, istərsə qeyri-ərzaq məhsullarının qiymətlərində o qədər xaotik müxtəliflik var ki satış müəssisələri  də, alıcılar da çaşqınlıq içindədir.

Turan-ın müxbirlərinin Bakının bazarlarında və mərkəzi küçələrində yerləşən mağazalardakı müşahidələrinə görə, həm yerli məhsullar, həm də xaricdən idxal olunan məhsulların qiymətləri 40-100 faiz arasında qaldırılıb.  Məişət texnikası, mobil telefonların qiymətləri 70-100 faiz arasında artırılıb. 

Ərzaq məhsullarının qiymətləri 40-70  faiz arasında qaldırılıb. Hətta bəzi mağazalarda öncə 30 qəpiyə satılan "zavod çörəyi” indi  40 qəpik olub.

Bununla yanaşı restoranlar və şadlıq evlərində də qiymətlərdə 40-70 faiz artım qeydə alınmaqdadır.

"Biz bütün məhsulları bazar və mağazalardan alırıq. Orada qiymətlər qaldırılıbsa biz nə etməliyik? Hazırda qabaqcadan  qiymət danışdığımız müştərilərlə də problemlərimiz yaşanır”, - şadlıq evlərindən birinin inzibatçısı Turan-ın müxbirinə  deyib.

Müşahidəçilər hesab edirlər ki, ölkədə xaotik qiymət artımı insanların yerli satış müəssisələrinə etibarını azaldır.

"Azərbaycan hökumətinin siyasəti həmişə vətəndaşların xarici ölkələrə xeyir verməsinə yönəlir.  Mərkəzi Bankın valyuta siyasəti və bazarlardakı xaotiklik və həddindən artıq qiymət artımı istehlak bazarında yeni iqtisadi mənzərəyə səbəb olub. Vətəndaşlar adi ehtiyaclarını qarşılamaq üçün kütləvi şəkildə qonşu ölkələrə - Gürcüstan, İran, Türkiyə və Rusiyaya üz tutacaq. Bu ölkələrdə ərzaq və tələbat malları Azərbaycanda olduğundan iki dəfə və  daha çox ucuzdur”, - topdansatış müəssisələrindən birinin marketinq üzrə eksperti Turan-ın müxbirinə deyib. 10 min dollar həcmində malın rüsumsuz gətirilməsinə icazə verilib ki, bu da həmin ticarəti real edir.

Ekspertlər hesab edirlər ki, əgər hakimiyyət monopoliyanı aradan qaldırarsa bu, qiymətlərin enməsinə xidmət edər.

.

www.contact.az

.

Maybe you are interested in:

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Qusarda quldurluq hadisələrin sayı artıb

Foto TURAN Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri işləmir

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

“Bakıdan zəng edib məni hədələdilər...” - Avstriyada "manat cinayəti"

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz