Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Binə Ticarət Mərkəzində etiraz

 

Bu gün Binə Ticarət Mərkəzindəki ticarət obyektlərinin əksəriyyəti icarə haqları baha olduğuna görə işi dayandırıb. Ticarətçilər aktiv etiraz aksiyaları keçirməsə də dükanları bağlayıblar. Bu barədə Turana ticarətçilərdən biri bildirib.

Hazırda ticarət mərkəzi demək olar ki, bağlıdır. Ticarət obyektləri bağlı olmasına baxmayaraq, hələ müdiriyyət sahibkarlara cavab verməyib.

Sahibkarlardan biri Turan-a deyib ki, ticarət obyekti sahibkarın özünə məxsusdursa hər 40 kvadratmetr ticarət obyekti üçün hər ay 1200 manat (Ticarət Mərkəzinə 900 manat, vergiyə  250 manat, sosial fonda 50 manat, kondisioner üçün 50 manat, elektrik istifadəsi üçün 50 manat) ödəyir. Bununla yanaşı ticarət obyektini icarəyə götürən şəxslər əlavə 500 manat da (bir neçə ay əvvəl 100 manat ödəyirdi) ticarət obyektinin sahibinə ödəyir.

Sahibkarlar ticarət obyektlərini bağlamaqla Binə Ticarət Mərkəzinin rəhbərliyindən aylıq haqlarını 500 manata endirməsini tələb edir.

"İkunci  devalvasiyaya qədər hər gün 1000-1500 manat alver edirdik. İndi gün ərzində 100-150 manat alver olmur. Bununla yanaşı Türkiyədən və Çindən mal vurulması dayandırılıb. Çünki bu malların qiymətləri baha başa gəldiyindən heç kim almır”, - sahibkarlardan biri Turan-ın müxbirinə bildirib.-

.

www.contact.az

.

Maybe you are interested in:

Maliyyə Nazirliyi dövlət büdcəsindən çoxsaylı mənimsəmələr aşkarlayıb

Foto TURAN Devalvasiya şoku - qiymətlər qalxıb, valyutadəyişmə məntəqələri işləmir

Maykl Lalli: Azәrbaycan ABŞ-a kәnd tәsәrrüfatı məhsulları ixrac edir

Avropa Oyunlarının bağlanış mərasimi dövlət büdcəsinə 140 mln. manata başa gələcək

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz