Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Maliyyə Nazirliyi dövlət büdcəsindən çoxsaylı mənimsəmələr aşkarlayıb

 

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətini təftiş etməsi nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib.  Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Təftiş zamanı Təhsil Nazirliyinin Azərbaycan Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə ilə bağlı yoxlama materialları Baş Prokurorluğuna göndərilib, faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, faktiki olaraq işləmədikləri halda aylıq əmək haqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.    

Regional maliyyə müfəttişlikləri 2015-ci ildə rayon və şəhərlərdə aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinın Zazalı nümayəndəliyində 130,74 min manat, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunub və  materiallar Baş Prokurorluğa göndərilib.  

Nazirlik bildirir ki, Baş Prokurorluğunun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Məlumata görə, 2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimələr tətbiq edilib. Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri yol verdikləri nöqsanlara görə vəzifələrindən kənarlaşdırılıb.

Nazirlik bildirir ki, 2015-ci ildə dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, Baş Prokurorluğunun məktublarına və məhkəmə qərarlarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, "Aztelekom”, "Azintelekom” və "Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması və "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi mövzusu üzrə nəzarət tədbirlərinə başlanılıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Ekspert: “Maliyyə nazirinin barəsində kompromat Moskvanın sifarişidir”

Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq

KAMRAN MİRAN OĞLU ƏMİROV, QUSAR RAYONU ÜZRƏ MALİYYƏ İDARƏSİNİN RƏİSİ

Eldar Mahmudov: “Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar”

AzadlıqRadiosu: Prokurorluğun iddiaları yalan, təxribat və böhtandır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz