Avropa Oyunlarının bağlanış mərasimi dövlət büdcəsinə 140 mln. manata başa gələcək
Avropa Oyunlarının bağlanış mərasiminə dövlət büdcəsindən 140 mln. manat xərclənəcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Mərasim iyunun 28-də olacaq.
O, İtarTass-a müsahibəsində deyib ki, planlaşdırılmayan xərclərlə birlikdə oyunların büdcəsi 1,174 milyard manat ($1,12 milyard) təşkil edib.
Açılış və bağlanış mərasimlərinə gəlincə, ümumi xərclər 240 mln. manat təşkil edib – 100 mln. manat açılışa, 140 mln. manat bağlanışa sərf olunub.
Qeyri-rəsmi məlumatlara görə, hakimiyyət bağlanış mərasiminə dünya ulduzlarını dəvət etmək üçün on milyonlarla vəsait xərcləyib. Onların arasında Madonna və digərləri var.
Açılış mərasimində çıxış edən Ledi Qaqaya bir mahnıya görə 2 mln. manat ödənilib.
.
Maybe you are interested in:
Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır
Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək