Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır
Azərbaycan ən azı 5 il ərzində "Formula -1” yarışlarını keçirməlidir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 10 illik müqavilə bağlanılıb. İlk 5 ildə yarşlar mütləq keçirilməlidir. İlk 5 ildə yarışlar keçirilməsə Azərbaycan cərimə ödəməlidir. Nazir Azərbaycanın sonrakı illərdə bu yarışları keçirib-keçirməcəyini deməyib.
Nazirin sözlərinə görə, yarışların büdcəsi 12 milyon dollar təşkil edir. Bu, hər il ödənilən haqq və təşkilatı xərclərdən ibarətdir.
O qeyd edib ki, bununla bağlı ayrıca açıqlama olacaq və "heç nə gizli qalmayacaq”.
Öz növbəsində BBC qeyd edib ki, "Formula-1” yarışlarının nizamnaməsi ödəniləcək məbləğin hər il 10% artacağını nəzərdə tutur. Birinci il Bakı üçün 34 mln. dollar, növbəti ildə 37 mln. dollar və s. təşkil edəcək.
Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi barədə qərar iki il öncə - neft bir barelə görə 120 dollar, manatın dollara nisbətdə məzənnəsi isə 1:1,27 olduğu vaxtda qəbul edilib.
Hazırda neftin qiyməti 30 dollara enib, manat isə 62 sentdir, BBC qeyd edib.
Beləliklə, A.Rəhimovun sözləri ilə BBC-nin dərc etdikləri uyğun gəlmir.
Digər tərəfdən, nazir yarışlar üçün yol infrastrukturunun hazırlanmasına nə qədər vəsaitin sərf ediləcəyini açıqlamayıb.
.
Maybe you are interested in:
Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək
Səfalət içində Formula 1 Grand Prix
A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib
“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”