Səfalət içində Formula 1 Grand Prix
04.02.2016
"İlk dəfə neft ixracatçısı Azərbaycan 'Formula 1 Grand Prix' oyunlarına ev sahibliyi etmək üçün müraciət edəndə, ölkənin əzəmətini nümayiş etdirməyə can atırdı," Reuters yazır. Lakin ötən aylarda baş qaldıran ciddi maliyyə böhranı Azərbaycan hökumətinin təmtəraq nümayiş etdirmək ambisiyalarına zərbə endirib.
"İqtisadi böhran yaşanan və polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bu ölkədə ekstravaqant idman tədbiri ilə ictimai əhval-ruihiyyə ziddiyyət təşkil edir.
Bakı kafelərinin birinin meneceri Vüqar deyir ki, hökumətin oyunlara xərclədiyi vəsaiti yerli bizneslərə ayırması daha yaxşı olardı. O, Azərbaycanda bir gün neftin tükənəcəyini bildirib.
Azərbaycan 2011-ci ildə mahnı müsabiqəsi, ötən ilsə Avropa oyunlarına ev sahibliyi edib. Tədbirlər hökumətin iqtisadi siyasətinə dair suallar doğurub. Prezident İlham Əliyevin siyasi opponentləri bu kimi tədbirlərin onun hökumətinin şöhrətləndirilməsi mahiyyəti daşıdığını deyir.
Bakıda keçiriləcək Formula-1 yarışına start iyun ayının 19-da yerli vaxtla saat 18:00-da veriləcək.Formula-1 oyunlarına biletlərinin qiyməti 665 dollardır. Bu, isə azərbaycanlıların aldığı orta aylıq maaşdan (287 dollar) iki dəfə artıqdır.
Rəsmi Bakı dünyada yayımlanacaq bu tədbirin müasir Bakının zəngin irsini tanışmaqla yanaşı, uzunmüddətli iqtisadi artıma yol açacağını bildirir.
"Formula-1 ölkəmizin imicini yaxşılaşdıracaq," deyə hakim partiyadan olan deputat Vahid Əhmədov bilridir. "Biz iki il əvvəl bu öhdəliyi öz üzərimizə götürəndə neft qiymətlərinin belə kəskin ucuzlaşacağını proqnozlaşdırmamışdıq."
Azərbaycan dövlət büdcəsindən 2016-cı il beynəlxalq idman yarışları üçün 324 milyon manat (indiki məzənnə ilə $202 milyon dollar) ayırıb. Bu, 9 milyon yarım əhalisi olan ölkədə hökumətin xəstəxanalara ayırdığı pulun miqdarı qədərdir.
2012-ci ildə Eurovision müsabiqəsinə bu ölkənin nə qədər vəsait xərclədiyi dəqiq bilinməsə də, rəsmi məlumata görə Avropa oyunları 640 milyon manat tələb etmişdi.
Taksi sürücüsü Həsən Quliyev kimi Bakı sakinləri oyunlara hazırlıqların artıq problemlər yaratdığından şikayətlənir. Belə ki, şəhərdə renovasiya işləri aparılır.
"Rəsmilərimiz bizi yoxsulluğa sürükləyir. Xərclənən milyonlar ölkənin deyil, onların imicinin inkişafına xidmət edir," deyə sürücü gileylənir.
www.amerikaninse
.
Maybe you are interested in:
Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır
Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək
Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib
Azərbaycan böyük layihələri unutmalıdır – Amerikalı ekspert