Azərbaycan böyük layihələri unutmalıdır – Amerikalı ekspert
Amerikanın Təhlil və Qlobal Təhlükəsizlik İnstitutunun rəhbəri Qal Lyuft hesab edir ki, Azərbaycan hökuməti iqtisadi siyasətini ciddi şəkildə düzəltməlidir. Turan-ın müxbiri ilə söhbətində o deyib ki, manatın kursunun kəskin şəkildə azalması "siqnal verir ki, oyanmaq lazımdır”.
"Neft və qaz gəlirləri ölkə ixracının 95%-ni, gəlirinin isə 75%-ni təşkil etdiyi bir halda iqtisadi müflislikdən xilas olmağın tam vaxtıdır”, deyə o qeyd edib.
Azərbaycan Mərkəzi Bankı manatı dollar və avroya nisbətdə kəskin şəkildə dəyərsizləşdirdikdən sonra Bakıda vəzifəli şəxslər bildirdilər ki, devalvasiya "Azərbaycan iqtisadiyyatının müxtəlifləşdirilməsinin stimullaşdırılmasına, iqtisadiyyatın beynəlxalq rəqabətədavamlılığının və ixrac potensialının möhkəmləndirilməsinə, ödəmə balansının sabitliyinin təmin edilməsinə” yönəlib.
Bakı hazırki reallıqdan hansı dərsləri çıxarmalıdır? Bu suala cavabda Qal Lyuft deyib ki, hökumətin dərsi xammal bazrlarından uzaqlaşma və iqtisadiyyatın diversifikasiyasına doğru sürətlə irəliləmə olmalıdır”.
"Böyük tədbirlərin və qlobal layihələrin həyata keçirilməsini unudun. Azərbaycan üçün əsas layihə öz vətəndaşlarının beyninə daha çox yatırım etmək və yeri daha az qazmaq olmalıdır”, deyə o bildirib.
.
Maybe you are interested in:
“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”
Amerika analitikləri manatın ucuzlaşması barədə