Amerika analitikləri manatın ucuzlaşması barədə
Ötən şənbə Azərbaycan ölkənin gələcəyi və investorların inamının pozulması fonunda özünün müstəqillik tarixi boyunca "ən pis iqtisadi burulğana düşdü”. Bunu Turan-a bu yaxınlarda Xəzəryanı ölkələrə səfərdən qayıdan və adının çəkilməsini istəməyən amerikalı analitik deyib.
Manatın məzənnəsinin dollara nisbətdə 33% düşməsi onun əlamətidir ki, "azərbaycanlı siyasətçilər böhranla mübarizədə başqa variant bilmirlər”, - mənbə qeyd edib.
Prezident İlham Əliyev hələ də ölkədə populyar olaraq qalır. Lakin rejimin idarəçilyi artıq çoxdandır ki, tərəfdarlarla sövdələşmələrə əsaslanıb: siyasi loyallığın müqabilində çiçəklənmə və sabitlik. Hazırda problem budur: manatın enməsini öz tərəfdarlarına necə izah edəsən.
İ.Əliyev indiyədək bununla bağlı çıxış etməyib. Lakin hökumətyönlü KİV güman edir ki, o, Mərkəzi Bankın qərarını dəyişə bilər.
Digər analitik, İndiana Universitetinin iqtisadiyyat professoru Martin Spexler hesab edir ki, manatın məzənnəsinin düşməsinin nəticəsi olaraq "idxalın qiyməti və inflyasiya artacaq, çünki Azərbaycan daha çox idxal edir. Yüksək faiz dərəcəsi hansısa səviyyədə kapitalı saxlayacaq, lakin, əlbəttə, kiçik biznesin inkişafını ləngidəcək”, - o hesab edir.
Praktikada bu o deməkdir ki, Bakı elitasının dəbdəbəli alış-verişi daha da bahalaşacaq.
"Lakin Azərbaycanda istedadlı insanlar var və bundan əlavə, bir qədər sadə yaşamaq, daxili mal və məhsullardan istifadə etmək lazımdır”, - o bildirib.
Hazırda Azərbaycan sənayesində diversifikasiya və islahatlar lazımdır. Bu, silahları artırmaqdan daha vacib məsələdir, Spexler qeyd edib.
.
Maybe you are interested in:
“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”
Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb