Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amnesty International Amerika nümayəndəliyinin rəhbəri: “Bakı repressiyalara son qoymalıdır”

 

Amnesty International Amerika nümayəndəliyində beynəlxalq vəkillik üzrə direktor doktor Kumar Turan-ın Vaşinqton müxbirilə söhbətində deyib ki, ötən il Konqresdə jurnalist Xədicə İsmayılovanın işi üzrə  dinləmələrdə ifadə verib. "Mən Azərbaycan hökumətinin bu qadın jurnalistə qarşı başladığı uzun müharibənin detallarından xəbər tutunda şoka düşdüm”, - o qeyd edib.

Dekabrda dinləmələr zamanı dəfələrlə qeyd olunub ki, Azərbaycan artıq qırmızı xətti keçib.

"Hakimiyyət Xədicəni susdurmaq üçün Xədicənin intim həyatına dair videodan istifadə edəndə bu, mənə və dünyadakı digər hüquq müdafiəçilərinə görə qırmızı xəttin keçilməsi idi.

Lakin beynəlxalq birlik, Dövlət Departamenti, Konqres və başqa təşkilatlar Xədicə məsələsini qaldırmayıblar”, - Kumar deyib.

Təxminən 100 siyasi məhbusu olan və qərb təşkilatlarına qarşı repressiyaları davam etdirən ölkədə indiki vəziyyəti necə qiymətləndirmək olar?

Kumar bu sualın cavabında deyib ki, ölkə aşağıya doğru irəliləyir: insan haqlarının pozulması, tənqidi səslərin susdurulması, sui-istifadə və şantaj. Bunların davam etməsi beynəlxalq reaksiyasının olmamasının nəticəsidir.

"Bu, strateji, iqtisadi maraqların nəticəsidir. Əlbəttə, bu məsələlər mühüm əhəmiyyət daşıyır, lakin bu, o demək deyil ki, biz insan hüquqlarının pozulmasına göz yummalıyıq və vəziyyətin necə davam etdiyini seyr etməliyik”, - o bildirib.

Azərbaycan hökuməti bildirir ki, qərb liderləri siyasi məhbuslar və demokratiyanın pozulması məsələsini onların qarşısında qaldırmırlar. Eyni zamanda qərb nümayəndələri "sakit diplomatiya”nın tətbiqindən danışırlar. Bu, nə dərəcədə doğrudur?

Bu sualın cavabında Kumar deyib ki, "sakit diplomatiya” işləyirsə yaxşıdır, əgər işləmirsə beynəlxalq institutlardan - ATƏT, BMT və digərlərindən istifadə etmək lazımdır.

"Azərbaycana gəlincə, həqiqətən "sakit diplomatiya”nın olub-olmadığını demək çətindir.

ABŞ və digər ölkələrin hökumət təsisatları insan hüquqları məsələsini qaldırdıqlarını söylədikdə biz buna inanırıq, ancaq təəssüf ki, bunların hamısını etmirlər. Bu cür problemlər ən yüksək səviyyədə qaldırılmalıdır. Məsələn, prezident Obama Azərbaycanda insan hüquqlarından danışmalıdır, heç olmasa bu cür: "Biz Azərbaycanda insan haqlarınn pozulmasından narahatıq”. Prezident bunu açıq şəkildə bildirməlidir.

Əgər belə bəyanat işləmirsə beynəlxalq birlik onu BMT İnsan Hüquqları Şurasında qəbul etməlidir.

Azərbaycan böhran həddinə çatıb. Əgər yuxarıda sadalanan məsələlər həllini tapmasa sanksiyalar olmalıdır”, - Kumar deyib.

Martda İlham Əliyevin Vaşinqtonda nüvə sammitində iştirakı gözlənilir. Bu məsələlər Vaşinqtonda qaldırılacaqmı? Kumar bu sulanın cavaında deyib: "Əliyev gələndə biz Ağ Evə təzyiqləri artırmalıyıq ki, prezident Obama Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlığını bildirsin”.

.

www.contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

ABŞ Helsinki Komissiyası Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılovanın işi üzrə dinləmələr keçirəcək

Amnesty International: Avropa Oyunları ərəfəsində Azərbaycan repressiyaları artırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz