Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amnesty International: Avropa Oyunları ərəfəsində Azərbaycan repressiyaları artırır

 

Hədələr, fiziki zorakılıq və hökumət tənqidçilərinin həbsi birinci  Avropa Oyunlarına hazırlaşan Azərbaycan hakimiyyəti  üçün vizit kartına çevrilib. Bu barədə  Amnesty International-ın martın 4-də açıqladığı hesabatda deyilir.

Hüquq müdafiəçiləri və fəallar barmaqlıqlar arxasına atılır, hökumət tənqidçiləri saxta ittihamlarla  həbs olunur, döyülür, təcili tibbi yardımdan məhrum edilirlər, hesabatda deyilir.

"Heç kim ölkə haqqında müsbət reputasiya yaratmaq və xarici biznesi cəlb etmək məqsədilə Azərbaycanda təşkil edilən beynəlxalq sərgilərə aldanmamalıdır.

Azərbaycan Avropada ən repressiv ölkələr sırasındadır. Bunu Aİ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalusen deyib.

Hazırda Azərbaycanda ən azı 22 vicdan məhbusu həbsxanadadır. Onlar dələduzluq və mənimsəmədə, narkotik maddə istifadəsində, dövlətə xəyanətdə təqsirli bilinirlər.

2014-cü ilin iyununda prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciətində bildirib ki, Azərbaycanda ifadə, assosiasiya və toplaşma azadlığı təmin olunub.

Bununla belə, tanınmış hüquq müdafiəçiləri başqa reallıqlar haqda danışıblar. Belə ki, hüquq müdafiəçilərinə, jurnalistlərə və hökuməti tənqid edənlərə qarşı həbslər aparılır, siyasi motivli ittihamlar irəli sürülür. Hakimiyyətin cavabı çevik olub - bir həftə ərzində AŞPA-da çıxış edənlərin hamısı həbs olunub.

"Son həbslər faktiki olaraq vətəndaş cəmiyyətini iflic edib, insan hüquqlarının vəziyyətinin əsas göstəricisi olan ifadə azadlığını dondurub”, - Dalusen qeyd edib.

  Hökuməti ən açıq tənqid edənlərdən biri, 60 yaşlı hüquq müdafiəçisi  Leyla Yunus  2014-cü ilin iyulunda həbs edilib. Belə ki, o, ölkədə insan hüquqlarının vəziyyəti ilə əlaqədar Avropa Oyunlarını boykota çağırmışdı.

O, son altı ayını sərt şəraiti olan həbsxanada keçirib. Bu,  onun səhhətindəki problemləri kəskinləşdirib. O, diabet və hepatit C xəstəliyindən əziyyət çəkir. Dəfələrlə nəzarətçilər və onun kamersına göndərilmiş təxribatçılar tərəfindən  təhqir və zoraklığa məruz qalıb.

Leyla Yunus dövlətə xəyanət, qanunsuz sahibkarlıq, vergidən yayınma, fırıldaqçılıq və sənəd saxtakarlığında ittiham olunub. Bu uydurma və siyasi motivli ittihamlar QHT-lərin sıxışdırılması və onların liderlərinin aradan götürülməsi üçün hökumətin tətbiq etdiyi yeni qaydaların nəticəsidir.

Hakimiyyət  hökuməti tənqid edən jurnalistlərə qarşı təqibləri sürətləndirib. Belə ki, jurnalist Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də keçmiş həmkarını intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Xədicə siyasi məhbusların siyahısını açıqlayıb və gəlirli layihələrdə prezident İlham Əliyevin ailə biznesini araşdırıb. Əvvəllər o, anonim təhdidlərə məruz qalıb, onu susdurmaq üçün  intim fotolarından şantaj üçün istifadə edilib.

Həmçinin hakimiyyət gənc fəalları narkotik maddə və xuliqanlıq ittihamı ilə təqib edir.  Onlara qarşı ittihamlar olduqca  şübhəlidir.

Tanınmış bloger Fərəc Kərimov polisdə döyülüb, o, narkotik maddə istifadə etdiyini etiraf etmək məcburiyyətində qalıb. Onu hədələyiblər ki, "etiraf” imzası olmasa valideynləri evdə silah saxlamağa görə  cəlb ediləcəklər.

19 yaşlı fəal Orxan Eyyubzadə dinc toplantıda iştiraka görə 20 gün həbs edilib.

O, çılpaq, əlləri qandallı vəziyyətdə polisdə döyülüb. Bundan sonra  polisə hücumda  ittiham olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib.

"Azərbaycanın neft dollarlarına göz qoyan

beynəlxalq birlik hakimiyyətin repressiv siyasəti və  insan hüquqlarının pozulması qarşısında susur.  Bu, həbsxanada olanlara münasibətdə çox pisdir”, - Dalusen vurğulayıb.

"Amnesty International Azərbaycan hakimiyyətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etməyə, onlara qarşı amansız rəftarın hərtərəfli və qərəzsiz araşdırlmasılna çağırır.

Amnesty International hakimiyyəti adamların ifadə və assosiasiya hüququnu gerçəkləşdirməsinə görə təhdidlərə və təqiblərə məruz qalmasına son qoyulmasına çağırır”, - bəyanatda deyilir.

.

contact.az

.

Maybe you are interested in:

Amnesty International: İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib

Amnesty İnternational-ın nümayəndə heyəti Bakıya buraxılmayıb

Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb

Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb

Amnesty International: iki vicdan məhbusunun azad olunması yetərli deyil

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz