Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb

 

Vicdan və siyasi məhbusların azadlığa buraxılması üzrə Freedom Now ("Azadlıq indi”) təşkilatı və İnsan Hüquqları Evi beynəlxalq şəbəkəsi mayın 12-də "Azərbaycanda partlayış nöqtəsi-reklam və xaricdə qalmur, repressiyalar və doğma divarlarda cəza müddəti”adlı yeni hesabat yayıb. 

Son günlər Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, tənqidi səslərə qarşı təqib və təzyiqləri artırıb, daxili və beynəlxalq hüquqa məhəl qoymur. Bu sıxışdırmalar prezident İlham Əliyevin xarici müşahidəçilərə təqdim etdiyi müasir və çiçəklənən Avropa dövləti nümunəsi ilə ciddi ziddiyyət təşkil edir”- hesabatda deyilir.

"Aydındır ki, Azərbaycan böhranlı həddə çatıb”,- Freedom Now təşkilatının icraçı direktoru Maran Terner bildirib. " 2009-cu ildə Azərbaycan beynəlxalq hüquq çərçivəsində ölkə öhdəliklərinə birbaşa zidd olan qanunvericilik qəbul edib. Bu, ifadə, toplaşma, assosiasiya azadlığı hüququnu məhdudlaşdırır.

Bu qanunvericilik beynəlxalq birlik və öz vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirmək niyyətində olmayan rejimin  üzünü açır.

Saxta ittihamlar

Hesabatda vətəndaş cəmiyyətini sıxışdırmaq üçün qanunverici tədbirlərə əlavə olaraq hüquq müdafiəçilərini susdurmaq üçün Azərbaycan hakimiyyətinin istifadə etdiyi strategiya göstərilir.

Bu strategiya üç kateqoriyaya bölünür: birincisi, hakimiyyət nifrəti qızışdırmaq, kütləvi iğtişaşlar və dövlətə xəyanət kimi "siyasi motivli ittihamlar”dan istifadə edir. İkincisi, hakimiyyət məlum olduğu kimi, "uydurma ittihamlar”a əl atır ki, bunlara da narkotik maddə, silah və xuliqanlıq aiddir. Üçüncüsü, hökumət bu yaxınlarda xüsusi "təşkil olunmuş-yönəlmiş ittihamlar” təşkil etməklə beynəlxalq müşahidəçilərdə narahatlıq yaradaraq  təşvişə salıb. Sonuncuya qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və vəzifə səlahiyyətindən sui-istifadə daxildir.

Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin bütün aparıcı nümayəndələrini dərhal və şərtsiz azad və reabilitasiya etməlidir”, - İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Florian İrminger bildirib. "Hakimiyyət hüquq-müdafiəçiləri, jurnalist və fəallara yönələn həbs, işgəncə və digər insan hüquqlarının pozulması  hallarını çevik, qərəzsiz, hərtərəfli araşdırmalı, həmçinin belə pozuntu qurbanlarına müvafiq kompensasiya verməlidir. Buna qədər isə beynəlxalq birlik Azərbaycanda təşkil edilən iqtisadi, idman, mədəni tədbirlərə öz yüksək vəzifəli nümayəndələrini göndərməməlidir”.

Hesabatda vəkil İntiqam Əliyev, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, seçki üzrə müstəqil müşahidəçi Anar Məmmədli, jurnalist Xıdicə İsmayılova, müxalifət lideri İlqar Məmmədov, NİDA fəalları kimi vətəndaş cəmiyyətinin aparıcı nümayəndələrinin azadlıqdan məhrum edilməsinə  toxunulur.

Hesabatda həmin vicdan məhbuslarının saxlanması prosesindən əvvəl və proses zamanı ciddi prosessual pozuntuların, işgəncə və amansız rəftarın olması, vəkil  imkanlarından istifadənin olmaması göstərilir.

Hesabatda beynəlxalq birlik üçün konkret tövsiyələr əksini tapır:

• Bütün siyasi liderlər və institutlar açıq və fərdi qaydada vətəndaş cəmiyyətinin aparıcı subyektlərinin dərhal və şərtsiz azad edilməsinə çağırmalıdır;

  •Nə qədər ki Azərbaycan höküməti vicdan məhbuslarını azad etmək üçün beynəlxalq və Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etmək üçün dəqiq addımlar atmayıb,  bütün ölkələrin siyasi liderləri, Avropa İttifaqı, həmçinin regional və beynəlxalq təşkilatlar Azərbaycanda onların iştirakı ilə təşkil olunacaq tədbirlərə, açılış və bağlanış mərasimlələrinə qatılmamalıdırlar;

• İndiki şəraitdə və Avropa Şurası institutları  ilə qarşılıqlı fəaliyyətdə xoş məramın olmaması, xüsusən Avropa məhkəməsinin qərarlarının yerinə yetirilməməsi ilə bağlı  Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırılmalıdır. 2014-cü ildə qəbul edilmiş Avropa Şurası Fəaliyyət Planının reallaşması üzrə sonrakı müşahidələr üçün Nazirlər Kabinetində Azərbaycan üzrə məruzəçilər qrupu yaradılmalıdır;

• Həbsxanalarda hüquq müdafiəçiləri, jurnalistlər və fəallara qarşı qanun pozuntularına, o cümlədən xaricə getmək hüququnun məhdudlaşdırılması və şəxsi aktivlərin dondurulmasına görə məsul olanlara, həmçinin vətəndaşların hüquqlarını pozanlara, məsələn prokuror və hakimlərə qarşı məqsədli sanksiyalar tətbiq edilməlidir. 

.

contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Maran Terner: Azərbaycan kritik nöqtəyə çatıb

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz