Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amnesty International: iki vicdan məhbusunun azad olunması yetərli deyil

 

«Azərbaycanın iki vicdan məhbusunu azad etməsi müsbət addımdır, ancaq həbsxanada hələ də 20 belə məhbus qalır. Buna görə də, bu əfvi Avropa Oyunları ərəfəsində tənqidləri azaltmaq üçün formal jest saymaq olar», - «Amnesty International» hüquq-müdafiə təşkilatı bildirir.

Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı ilə bloqqer Orxan Eyyubzadə də azadlığa çıxıb.«Bu, yaxşı xəbərdir, ancaq bəs rejimin tənqidindən savayı real cinayət törətməyən başqaları necə olacaq? Azərbaycan hakimiyyəti bir əli ilə verdiyini digər əliylə alır. İki gün əvvəl məhkəmə bir müxalifətçinin qardaşına uydurma ittihamlarla altı il cəza kəsib», - «Amnesty International»ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyir. «Azərbaycanda rejim insan haqları barədə doğrudan ciddi düşünürsə, bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz buraxacaq. Hökumət tənqidçilərinin siyasi motivli ittihamlarla həbsi dayandırılmalıdır».

«Amnesty International» Bəşirlə Orxanın azad olunmasını yetərli saymır, onlara qarşı ittihamların dərhal ləğvinə, eləcə də Orxan Eyyubzadənin həbsdə pis rəftara məruz qalması iddialarının araşdırılmasına çağırır.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki martın 19-da prezident İlham Əliyevin əfv fərmanını alqışlayan bəyanat verib:

«Birləşmiş Ştatlar martın 18-də verilmiş əfv fərmanını, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlının, eləcə də Azərbaycan QHT-lərinin vətəndaş fəaliyyətinə görə saxlandığını dediyi daha 3 nəfərin azadlığa buraxılmasını alqışlayır».

Jen Psaki hökuməti digər ictimai fəalları da azad etməyə çağırıb:

«Azərbaycan hökumətini növbəti aylarda yenə müsbət addımlar atmağa, ictimai fəaliyyətinə görə həbs olunduğu bildirilən digər şəxsləri də azadlığa buraxmağa çağırırıq. Hökumət bununla bütün vətəndaşların təməl azadlıqlarının qorunmasına dair ATƏT qarşısındakı və digər beynəlxalq öhdəliklərinə sadiqliyini göstərər».


.

contact.az

.

Maybe you are interested in:

Amnesty International: İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib

Amnesty İnternational-ın nümayəndə heyəti Bakıya buraxılmayıb

ENEMO Azərbaycan hakimiyyətini Anar Məmmədlini azad etməyə çağırır

Amnesty International: Avropa Oyunları ərəfəsində Azərbaycan repressiyaları artırır

Amnesty İnternational Xədicə İsmayılovanı vicdan məhbusu kimi tanıyıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz