Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək

 

Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Bu barədə BBC məlumat yayıb.

Məlumatda deyilir ki, Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də kontraktın detalları indiyədək açıqlanmayıb.

Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı "məxfilik şərtinə" görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.

Formula 1 yarışlarının neçəyə başa gəlməsi barədə təxminlər arasında fərq böyük olsa da Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il "80-90 milyon dollara" başa gəlir, - ekspert Christian Sylt BBC Azərbaycanca-ya deyib.

Bundan başqa gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, Formula 1 yarışı üçün təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunacaq. 5 milyon manat isə tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib.

"Əlbəttə, BCC (Baku City Circuit) bilir ki, bu qədər böyük tədbiri təşkil etmək üçün böyük vəsait tələb olunur", - təşkilatçılar BBC Azərbaycan xidmətinin sorğusuna cavab verib. "Lakin biz inanırıq ki, ümumi iqtisadi təsir, milli iqtisadiyyata çox böyük xeyir verəcək - həm qısa, həm də uzun müddətdə, həm bilavasitə həm də dolayı şəkildə".

"Yarışların qiymətini hökumət ödəyəcəkmi?" sualına BCC cavab verməsə də bildirib ki, gəlirlər üçün sponsorların dəstəyinə və biletlərin satışına güvənir.

Daha əvvəl BBC Azərbaycancanın gördüyü rəsmi sənədə əsasən 2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub. Bundan sonra büdcə yenidən nəzərdən keçirilib deyə bu rəqəmin dəyişməsi mümkündür.

BBC-nin məlumatına AXCP sədri Əli Kərimli münasibət bildirib. O, Facebook səhifəsində yazıb ki, bu da hökumətin "antiböhran” tədbiri: Azərbaycan təşkilatçıları "Formula-1" Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. BBC bu barədə rəsmi məlumat alıb.

"Millət bunların "Formula-1" israfçılığının bir ilinin dərdini çəkirdi. Təkcə bu ilki büdcədə yarışların keçirilməsi üçün 324 milyon manat ayrılıb. Bunlar isə hələ ardıcıl 10 il bu israfçılığı etmək istəyir. Ekspert Christian Sylt "BBC Azərbaycanca"ya deyib ki, Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il 80-90 milyon dollara başa gəlir. 100 minlərlə iş yerlərinin bağlandığı, 2.5 milyon insanın bankların soyğunçu faizlərinin əlində çabaladığı, qiymətlərin günü-gündən bahalaşdığı, xalqın hər gün aldadıldığı ölkənin vətəndaşları ciddi şəkildə düşünməlidir, bizə belə işbacarmaz, korrupsioner, üstəlik də israfçı hökumət lazımdırmı?”, - AXCP sədri sual edir.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır

Azerbaijan Undertakes to Conduct Formula 1 Competition for Ten Years

Səfalət içində Formula 1 Grand Prix

Avropa Oyunlarından gələn gəlir haqqında məlumatlar onlara marağın az olduğunu göstərir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz