Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təbii qazın nəqlini 500 milyon kubmetr artıracaq və qazdoldurma stansiyaları üçün sosial qazın qiymətini endirəcək. Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

SOCAR və Gürcüstan arasında 2011-ci ilin dekabrında bağlanmış memoranduma müvafiq düzəlişlər cümə günü edilib. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın energetika naziri imzalayıb.

"Bir neçə görüşdən və səmərəli işdən sonra bizim tərəfdaşımız – Azərbaycan hökuməti və SOCAR rəhbərliyi Gürcüstana əlavə həcmdə qaz verilməsi barədə qərar qəbul ediblər. Bizim ölkənin sonrakı illərdə Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz almaq imkanı olacaq”, - Kaladze Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi texniki məhdudiyyətlər səbəbindən yaranmış problemi aradan qaldırmaq üçün hər şeyi edib.

"Paralel olaraq SOCAR-dan alınan sosial qazın qiyməti azalıb. Bundan əlavə, SOCAR qazdoldurma stansiyalarına verilən qaz üçün

qiyməti min kubmetrə görə 35-40 dollar azaltmağa hazır olduğunu bildirib. Bu razılaşmalar illərlə bizim ölkələri birləşdirən dostluq, mehriban qonşuluq münasibətləri və birgə strateji maraqların parlaq nümayişidir”, - Kaladze vurğulayıb.

Bu razılaşmadan sonra Gürcüstana RF və İrandan əlavə qaz lazım deyil.

Eyni zamanda Kaladze əlavə edib ki, Rusiyanın "Qazprom” şirkəti ilə danışıqlar hələlik başa çatmayıb.

"Biz bir neçə gün öncə Gürcüstan tərəfinin son təklifini onlara göndərdik. Təklif bundan ibarətdir ki, biz əvvəlkitək tranzit ödəmələrinin 10%-ni xammal şəklində, yəni təbii qaz kimi almalıyıq. Lakin  (SOCAR ilə razılaşmadan sonra) bu mərhələdə bizə əlavə qaz lazım deyil.

İrana gəlincə, nəzəri baxımdan bundan ötrü imkan var, ancaq hazırda buna zərurət yoxdur, Kaladze bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə növbəti görüşdən qayıdıb

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz