Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

 

Gürcüstan KİV-i ölkənin energetika naziri Kaxa Kaladzenin "Qazprom” nümayəndələri ilə növbəti gizli görüşü barədə məlumat yayıblar.

Bu məlumatlara görə, görüşdə məqsəd Azərbaycan qazının 50%-nin Rusiya qazı ilə əvəzlənməsinə nail olmaqdır.

K.Kaladze İsveçrədə "Qazprom-Eksport”in rəhbəri Yelena Burmistrova ilə görüşüb. Görüş dekabrın 27-də baş tutub. Kaladze görüşə çarter reysilə gedib.

Gürcüstanlı ekspert Soso Siskarişvili güman edir ki, Tbilisi Azərbaycan qazını Rusiya ilə əvəzləmək niyyətindədir. Onun məlumatına görə, bu layihə Bidzina İvanişvilinin  "Tərəfdaş Fondu”nun  nəzarət etdiyi Beynəlxalq Neft və Qaz Korporasiyası tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Gürcüstanın Rusiya qazını almasının bərpası planları ətrafında danışıqlar çoxdan gedir. İlk dəfə bu barədə keçmiş baş nazir Bidzina İvanişvili hələ ötən il bildirib.

"Bazarın diversifikasiyasında, bizim biznesmenlərə istədikləri yerdən qaz almaq imkanlarının yaradılmasında pis bir şey görmürəm”, - B.İvanişvili qeyd edib.

"Çalışırıq ki, Gürcüstana İran qazı da daxil olsun”, - o 2015-ci ilin oktyabrında bildirmişdi. Azərbaycan qazının Rusiya qazından ucuz olması barədə sualın cavabında o demişdi ki, biznesmenlər axmaq deyil ki, baha qaz alsınlar: "Biz Azərbaycan tərəfinə, SOCAR şirkətinə təşəkkür edirik (Gürcüstana 80% qaz ixracatçısı), lakin belə alınsa ki, inhisarçı bir şirkət olmasın, bu,  yaxşı olar”.

O zaman "Qazprom” rəhbəri Aleksey Miller Milanda Gürcüstanın energetika naziri K. Kaladze ilə Gürcüstana mümkün qaz ixracını müzakirə etmişdi. Gürcüstanlı nazirin sözlərinə görə, onun ölkəsi  rəqabət qiymətləri ilə Rusiya qazını almaq istərdi.

Sentyabrın 25-də isə Miller və Kaladze Brüsseldə qazın Gürcüstana nəqli və Ermənistana tranziti məsələsini müzakirə etmişdilər.

Müxalifət Gürcüstan hakimiyyətini "Qazprom” ilə əlaqələrə görə tənqid edir. Prezident Georgi Marqvelaşvili Nazirlər Kabinetinin iclasının keçirilməsini və "Qazprom” ilə əməkdaşlığdan mümkün təhlükəni müzakirə etməyə çağırıb. Öz növbəsində Bakı Tbilisinin bu cür addımlarından narazılığını gizlətmir, Gürcüstan rəhbərliyini məntiqini anlamır.

Gürcü müxalifəti hesab edir ki, milyarder Bidzina İvanişvili "Qazprom”un 1% səhminə sahib olmaqla öz maraqları naminə və Gürcüstanın maraqlarına zidd addımlar ataraq  Azərbaycanla münasibətləri korlamağa çalışır. Bundan əlavə, Rusiyadan enerji asılılığı Gürcüstanın müstəqilliyinə təhlükə törədir.

Gücüstanın baş nazirinin keçmiş müşaviri Georgi Xuxaşvilinin fikrincə, "Qazprom”in Gürcüstan bazarına qayıtması üçün gürcü istehlakçılara "kommersiya təchizatı” təşkil etmək lazımdır. Əslində bu, "Qazprom” üçün sərfəli deyil, lakin onlar Bakı və Tbilisi arasındakı qarşılıqlı münasibətləri sındırırlar.

O, diversifikasiya problemini uydurma hesab edir. Azərbaycan stabil olaraq aşağı qiymətlə qaz nəql edir və Gürcüstan üçün heç bir təhlükə törətmir. Belə olan halda Bakı ilə münasibətləri korlamaq nəyə lazımdır?

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə növbəti görüşdən qayıdıb

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz