Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəp Tayyip Ərdoğan Bakıda danışıqlar aparıblar. Söhbət qapalı rejimdə keçirilib.

TASS bildirib ki, liderlər söhbəti mətbuatın iştirakı ilə başlamaq istəməyiblər və bir neçə dəqiqə protokol çəkilişi zamanı söhbət üçün mövzu axtarıblar. Rusiya nümayəndə heyətinin tərkibindən görünür ki, söhbət enegetika, çox güman ki, "Türk axını” qaz kəmərindən gedib.

RİA-Novosti məlumat verib ki, görüşdə RF tərəfdən prezidentin köməkçisi Yuri Uşakov, XİN rəhbəri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, "Rosatom” rəhbəri Sergry Kirienko, "Qazprom” rəhbəri Aleksey Miller iştirak ediblər.

TASS xəbər verib ki, bir neçə dəqiqəlik sükutdan sonra fotomüxbirlər çəkiliş edən müddətdə liderlər birinci Avropa Oyunlarının açılışı ilə bağlı təəssüratlarını bölüşüblər.

Ərdoğan qeyd edib ki, Avropa İttifaqı ölkələri liderlərindən heç kim tədbirə gəlməyib. "Aİ üzvlüyünə namizəd kimi Türkiyə bütün Avropa İttifaqını təmsil edib”, - Ərdoğan vurğulayıb və Putin bu fikri təbəssümlə təsdiqləyib.

Putin və Ərdoğan mərasimin yaxşı hazırlandığını qeyd ediblər, öz ölkələrinin və oyunların "sahibi” – Azərbaycan komandalarına uğurlar arzulayıblar.

"Qazprom” və Türkiyənin "Botas” şirkəti 2014-cü il dekabrın 1-də Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə dəniz qaz kəmərinin inşasına dair qarşılıqlı anlaşma memorandumunu imzalayıblar. Qaz kəmərinin gücü 63 mlrd. kub metr təşkil edir.

Lakin Putinin bu il aprelin 24-də Yerevanda "erməni soyqırımı” barədə bəyanatından sonra Ankara bu qaz kəmərinə soyuq yanaşıb və Rusiyanın özünü başqa xalqların soyqırımında ittiham edib.

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev Türkiyə və Rusiya arasında vasitəçiliyə təşəbbüs göstərə bilər

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Rusiya telekanaları Avropa Oyunlarını göstərmək istəmirdilər?

Moskvada Avropa Oyunlarının təqdimat

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz