Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prezident İlham Əliyev Türkiyə və Rusiya arasında vasitəçiliyə təşəbbüs göstərə bilər

 

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Gəncəyə gələcək. Tədbir Ərdoğan və Əliyevin sədrliyilə keçiriləcək. Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

"Anadolu” agentliyinin məlumatına görə, iclas zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərdə inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Qarabağ münaqişəsi, regional və beynəlxalq problemlərin inkişafı ayrıca müzakirə olunacaq. Mnbə bilsirib ki, İclas zamanı bir neçə sənədin imzalanması gözlənilir, lakin sənədlərin adları açıqlanmayb.

Bu, sayca beşinci iclas olacaq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsü 2010-cu ilin mayında irəli sürülüb. Sonuncu iclas 2015-ci ilin yanvarında Ankarada keçirilib. İclasda müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, o cümlədən enerji və nəqliyyat dəhlizinin inkişafı, Qarabağ nizamlanması müzakirə edilib.

Turan agentliyinin analitikəri qeyd edirlər ki, Əliyev Ərdoğanı asan olmayan şəraitdə qəbul edir. Belə ki, Türkiyə və Rusiya arasında münasibətlər açıq konfrontasiya vəziyyətində qalır. Lakin agentlik bildirir ki, rəsmi dairələr və KİV  qarşıdakı Gəncə sammiti ilə bağlı demək olar ki, qıcıqlanmayıblar. Bu, ondan xəbər verir ki, Moskva bu görüşdən Türkiyə-Rusiya münasibətləri mövzusunda hər hansı müsbət bəyanat gözləyir.

Prezident İlham Əliyev 2015-ci il noyabrın 27-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirmişdi ki, Rusiya və Türkiyə arasında münaşiqənin həllində vasitəçi olmağa hazırdır.

Türkiyə-Rusiya münasibətlərində yaranan gərginlikdən narahatlığını bildirən Əliyev demişdi: "Azərbaycan tərəfi Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin azaldılmasına və aradan qaldırılmasna yardım göstərməyə hazırdır”.

Bir həftə öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev vasitəçiliyə təşəbbüs göstərib.

O, fevralın 6-da Astanada Türkiyənin baş naziri Əhməd Davudoğlunu qəbul etdikdən sonra fevralın 8-də prezident Putinlə bu mövzunu müzakirə edib. Rusiya KİV-in məlumatına görə, öncə Kremlətrafı dairələr Nazarbayevin təşəbbüsünə mənfi yanaşıblar, lakin sonradan yumşalıblar. Odur ki, Əliyevin sözünün eşidiləcəyinə şans var.

.

www.contact.az

.

Maybe you are interested in:

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

İ.Əliyev və N.Patruşevin regional təhlükəsizlik məsələlərini müzakirə edib (YENİLƏNİB)

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirəcəklər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz