Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Moskvada Avropa Oyunlarının təqdimat

 

Moskvada iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatı keçirilib. Tədbir "Redisson Royal – Moskva otelində oyunların təşkilat komitəsinin rəhbəri, Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyevanın iştirakı ilə keçirilib.

Təqdimata Rusiya hakimiyyətinin və biznesinin yüksək vəzifəli nümayəndələri, xüsusən Dövlət Dumasının spikeri Sergey Narışkin, baş nazirin iki müavini – Arkadi Dvorkoviç və Sergey Rogozin, xarici işlər nazirinin müavini Qriqori Karasin, milyarder Alişer Usmanov, bank VTB-nin rəhbəri Andrey Kostin, Rusiya MOK-un prezidenti Aleksandr Jukov və başqaları gəliblər.

"Şadam ki, biz Oyunları dost Rusiyanın paytaxtında təqdim edə bilirik. Azərbaycan və Rusiya arasında münasibətlər möhkəm tarixi bünövrəyə əsaslanır. Onillər ərzində xalqlarımız humaitar, mədəni, insani əlaqələr qurur və bu əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövlət münasibətlərinin inkişafı üçün əlverişli mühit yaradıb”, deyə Əliyeva mərasimdə bildirib.

Onun sözlərinə görə, qarşıda duran oyunlar Avropa idmanı tarixində yeni səhifə açır. Oyunlarda 16-sı olimpiya idman növü olan 20 idman növü üzrə 6000-dən çox atlet iştirak edəcək.

Oyunları 1000 nəfərdən çox yerli və əcnəbi jurnalist işıqlandıracaq. 50-dən çox teleşirkət 100 ölkədə oyunları yayımlayacaq. 

.

contact.az

.

Maybe you are interested in:

Narın qalaya federal status

Bakı Rusiya və Türkiyə arasında barışıq üçün vasitəçi olmağı təklif edib

Mehriban Əliyeva İslam Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edir

Rusiya telekanaları Avropa Oyunlarını göstərmək istəmirdilər?

2015-ci il Avropa Oyunlarının rəmzlərini təqdim edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz