Rusiya telekanaları Avropa Oyunlarını göstərmək istəmirdilər?
"Necə olub ki, Bakıda Birinci Avropa Oyunlarını – bu, dünya idmanında bir hadisədir – heç kim, heç bir kanalımız kütləvi informasiya vasitələrində yayımlamaq istəməyib?”. Bu barədə RF prezidenti Vladimir Putin iyunun 2-də idmanın inkişafına həsr edilmiş iclasda bildirib.
Putinin sualına V.Mutko – RF İdman Nazirliyinin rəhbəri cavab verib. Onun sözlərinə görə, yayımı "Rossiya-2” kanalı həyata keçirəcək. Lakin Muto yayımı kimin maliyyələşdirdiyi barədə suala cavab verə bilməyib.
Putinin nitqinin davamından aydın olub ki, yayım dövlət vəsaiti ilə deyil, sponsorun pulu ilə həyata keçiriləcək.
Putin dövlət telekanallarının bu münasibətindən narazılığını bildirib.
Bir gün sonra, iyunun 3-də "Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsin "Rossiya” telekanalı ilə Avropa Oyunlarının yayımlanması haqqında saziş imzalayıb.
Rusiya tamaşaçıları hər gün 10 saat ərzində "Rossiya 2”, "Sport 1”, "Sport” və Boytsovski Klub” telekanallarında Oyunları izləyə biləcəklər. Həmçinin, vesti.ru və sportbox.ru internet resurslarında onlayn yayım həyata keçiriləcək.
.
Maybe you are interested in:
Moskvada Avropa Oyunlarının təqdimat
İlham Əliyev referenduma hazırlaşır